main-post-cover

    Cannes Lions-da bu axşam daha 6 kateqroiya üzrə qaliblər müəyyən olunacaq

    Digər
    Cannes Lions
    20.06.2019
    Farid Pardashunas
    Bu il sayca 66-cısı təşkil olunan Cannes Lions-ın artıq 4-cü günündəyik. Bir çox əsas və maraq doğuran kateqroiyalar üzrə qaliblər isə məhz bugün keçiriləcək qala gecəsində məlum olacaq. Bütün dünyadan reklam, marketinq və texnologiya şirkətlərinin qatıldığı tədbir 21 İyun keçiriləcək son mükafatlandırma gecəsi ilə bu ilki fəaliyyətini yekunlaşdıracaq.
    Bu axşam təşkil olunacaq qala gecəsində isə Innovation Lios, Radio and Audio Lions, Mobile Lions, Creative Effectiveness Lions, Creative eCommerce Lions, Brand Experience and Activation Lions kateqoriyaları üzrə Grand Prix və Gold Lions sahibləri məlum olacaq.
    Qeyd edək ki, dünən gecə keçirilən mükafatlandırma gecəsində PR Lions, Media Lions, Social Influencer Lions, Creative Data Lions, Creative Strategy Lions kateqoriyaları üzrə mükafat sahibləri məlum olub.
    Cannes Lions 2019-dan ən son məlumatları Cannes Lions üçün hazırlanmış xüsusi xəbər kateqoriyamızdan,video reportajları Technote Tv-dən izləyə bilərsiniz. Əlavə olaraq qeyd edək ki, komandamız Cannes Lions üçün Fransanın Kann şəhərindədir. Yayımlarımızın əsas dəstəkçisi isə Azercell şirkətidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər