
Daha 5 kateqoriya üzrə 'Cannes Lions 2018'in qalibləri müəyyən oldu [Grand Prix]
Digər
Cannes Lions
20.06.2018
Farid Pardashunas
BirBank və Technote "Cannes Lions 2018"dən təqdim edir.
"Cannes Lions 2018" Yaradıcılıq festivalında artıq 3-cü gün yaşanır. Dünən axşam baş tutan mükafatlandırma tədbirində daha 5 kateqoriya üzrə "Grand Prix" sahibləri məlum oldu. "Design", "Outdoor", "Mobile", "Radio and Audio" və "Print and Publishing" kateqoriyalarında əsas mükafatlar təqdim olundu. Bürünc, gümüş və qızıl aslan mükafatlarının təqdim olunduğu tədbirdə əsas mükafat "Grand Prix" hesab olunur. Uyğun kateqoriyalar üzrə "Grand Prix" sahibləri aşağıdakı işlər oldu:
"Design" kateqoriyası üzrə "Grand Prix" mükafatı:
Müştəri: PLASTIC OCEANS/LADBIBLE
Agentlik: AMVBBDO, London
Məhsul: PLASTIC OCEANS/LADBIBLE

"Outdoor" kateqroiyası üzrə "Grand Prix" mükafatı:
Müştəri: MCDONALD'S RESTAURANTS OF CANADA LIMITED
Agentlik: COSSETTE, Toronto / MCDONALD'S, Toronto
Məhsul: MCDONALD'S RESTAURANTS OF CANADA LIMITED







"Mobile" kateqoriyası üzrə "Grand Prix" mükafatı:
Müştəri: RECLAME AQUI
Agentlik: GREY BRAZIL, São Paulo
Məhsul: VIGIE AQUI
"Radio and Audio" kateqoriyası üzrə "Grand Prix" mükafatı:
Müştəri: AB-INBEV AFRICA
Agentlik: OGILVY CAPE TOWN
Məhsul: CARLING BLACK LABEL - ANTI WOMEN ABUSE INITIATIVE
"Print and Publishing" kateqoriyası üzrə "Grand Prix" mükafatı:
Müştəri: AB INBEV
Agentlik: AFRICA, São Paulo
Məhsul: BUDWEISER
"Cannes Lions" səfərimizin əsas tərəfadaşı "BirBank" mobil əlavəsidir. Ölkədə bankçılıq sektorunda innovativ həllər təqdim edən, eyni zamanda marketinq, reklam və kommunikasiya sahəsində kifayət qədər işlər görən Kapital Bank-ın yeni məhsulu olan "BirBank" əlavəsi, istər bank istərsə də qeyri-bank müştərilərinə banka getmədən bir çox əməliyyatları mobil tətbiq vasitəsilə həll etmək imkanını verir. Tətbiqi iOS və Android mağazalarından aşağıdakı linklər vasitəsilə yükləyə bilərsiniz.
Linki kopyala
Həftənin xəbərləri

