'Technote' - Cannes Lions Beynəlxalq Yaradıcılıq festivalında Azərbaycanı təmsil edəcək
Digər
Cannes Lions
15.06.2018
Farid Pardashunas
BirBank və Technote "Cannes Lions"dan təqdim edir.
1954-cü ildən bu yana mütəmadi olaraq Fransanın Kann şəhərində təşkil olunan Beynəlxalq Yaradıcılıq Festivalı - "Cannes Lions" 18-22 İyun tarixlərində 65-ci dəfə baş tutacaq. Dünyanın məşhur markalarının yer aldığı bu qlobal tədbirdə ən yaxşı mükafata sahib olmaq hər bir brendin əsas məqsədidir. Bir çox kateqoriyalarda müxtəlif nominasiyalar üzrə dünyanın ən yaxşı, kreativ və yaradıcı reklamları və ideyaları mükafat uğrunda yarışacaq.
Bu il 40.000 -dən çox ideyanın yarışacağı tədbirdə, 16.000 iştirakçı, 4.700 -dən çox şirkət və 1000 spiker çıxış edəcək. Apple, Samsung, Google kimi iri şirkətlərin də təmsil olunduğu tədbirin rəsmi media tərəfdaşlarından biri olaraq ölkəmizi şirkətimiz adından festivalda təmsil edəcəyik. "BirBank" -ın əsas dəstəyi və "Endorphin" Reklam Agentliyin kreativ tərəfdaşlığı ilə Fərid Pərdəşünas və Orxan Kərimov festivalda iştirak üçün artıq hazırdırlar. "Cannes Lions" böyük mükafatlandırma tədbirindən əlavə reklam, yaradıcılıq və marketinq icmasının ən önəmli görüş nöqtələrindən biridir. Burada dünyanın müxtəlif ölkələrindən böyük şirkətlər, media qurumları və reklam agentlikləri təmsil olunur. Tədbir müddəti ərzində "Technote" olaraq ən son yenilikləri, mükafatları, baş verən maraqlı hadisələri həm xəbər həm də video reportajlar şəklində izləyicilərimizə çatdıracağıq. 2018 -ci ildən etibarən "Cannes Lions" yaradıcılıq festivalının rəsmi tərəfdaşlarından biri olaraq ən son yenilənmələri tədbirə özəl olaraq hazırladığımız məlumatları xəbər kateqoriyamızdan (technote.az/cannes-lions), Facebook, Instagram və Youtube kanallarımızdan izləyə bilərsiniz.
Qeyd edək ki, "Cannes Lions" səfərin əsas tərəfadaşı "BirBank" mobil əlavəsidir. Ölkədə bankçılıq sektorunda innovativ həllər təqdim edən, eyni zamanda marketinq, reklam və kommunikasiya sahəsində kifayət qədər işlər görən Kapital Bank -ın yeni məhsulu olan "BirBank" əlavəsi, istər bank istərsə də qeyri-bank müştərilərinə banka getmədən bir çox əməliyyatları mobil tətbiq vasitəsilə həll etmək imkanını verir. Tətbiqi iOS və Android mağazalarından aşağıdakı linklər vasitəsilə yükləyə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək