main-post-cover

    'Young Lions Azerbaijan' yaradıcılıq müsabiqəsi üçün qeydiyyat başladı

    Digər
    Cannes Lions
    02.03.2020
    Farid Pardashunas
        Ötən günlərdə Young Lions beynəlxalq yaradıcılıq müsabiqəsinin Azərbaycan seçim mərhələsinin baş tutacağı ilə bağlı məlumat vermişdik. Bugündən etibarən isə Print Film kateqoriyaları olmaqla 2 istiqamətdə Young Lions Azərbaycanın qeydiyyat prosesinə start verildi. Qeydiyyat Young Lions Azərbaycanın rəsmi saytı olan http://www.canneslions.az ünvanında aparılır.
        Saytdan iştirakçılar komanda şəklində Print və Film kateqoriyası üzrə qeydiyyatlarını tamamlaya bilərlər. 3 Apreldə başa çatması planlaşdırılan qeydiyyat prosesindən sonra onlayn qeydiyyatdan seçilmiş komandalar brif (görüləcək işin təsviri) məlumatları əldə edəcəklər. Qeyd edək ki, verilən brif üzrə nəzərdə tutulan işin hazırlanması üçün Print kateqoriyası iştirakçılarının 24, Film kateqoriyası iştirakçılarının isə 48 saat vaxtı olacaq.
        Beynəlxalq tərkibli münsiflərin heyyətinin qərarı əsasında seçiləcək 2 komanda (4 nəfər) Azərbaycan üzrə Young Lions yarışının ölkə qalibi elan olunacaq. Bu tədbirin 25 Aprel tarixində Muğam Mərkəzində həyata keçirilməsi planlaşdırılıb. Qalib komandalar Topaz-ın dəstəyi ilə ölkəmizi qlobal arenada təmsil etmək üçün İyun ayında Fransanın Kann şəhərinə yollanacaqlar. Seçilmişlər eyni qaydada Cannes Lions reklam və marketinq festivalının gənclər üçün qolu Young Lions müsabiqəsində Azərbaycanı təmsil edəcəklər. Qeyd edək ki, iştirakçıların bütün xərcləri tədbirin lokal tərəfdaşı Topaz tərəfindən qarşılacaq. 
        Young Lions Azərbaycan müsabiqəsi, şərtləri və tədbirin planları haqqında daha detallı məlumat əldə etmək üçün tədbirin rəsmi saytına keçid edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər