main-post-cover

    Chrome 78-də DNS-over-HTTPS'in aktivləşdirilmsəi üzrə təcrübələr başlayacaq

    Digər
    Code-News
    15.09.2019
    Emil Nəcəfov
        Mozilla şirkətinin ardınca Google da bildirdi ki, o, Chrome brauzeri üçün inkişaf etdirilən DNS-over-HTTPS (DoH) üzrə təcrübələrin aparılmasını planlaşdırır. Belə ki, 22 oktyabr tarixində işıq üzü görəcək Chrome 78-də bəzi kateqoriyalı istifadəçilər DoH-dan istifadəyə keçiriləcək. DoH-un aktivləşdirilməsi üzrə planlaşdırılan təcrübədə yalnız o istifadəçilər iştirak edəcəklər hansıların ki, mövcud olan sistem ayarlarında DoH-u dəstəkləyən müəyyən DNS provayderlər qeyd olunublar. Bu barədə Opennet.ru saytı xəbər verib.
        DNS provayderlərin ağ siyahısına Google servisləri (8.8.8.8, 8.8.4.4), Cloudflare (1.1.1.1, 1.0.0.1), OpenDNS (08.67.222.222, 208.67.220.220), Quad9 (9.9.9.9, 149.112.112.112), Cleanbrowsing (185.228.168.168, 185.228.169.168) və DNS SB (185.222.222.222, 185.184.222.222) daxildirlər. Əgər istifadəçinin DNS ayarlarında yuxarıda sadalanmış DNS serverlər olsalar, Chrome-da DoH avtomatik olaraq standart şəkildə aktivləşdiriləcək. Lokal internet provayder tərəfindən təqdim edilmiş DNS serverlərdən istifadə edənlər üçün isə hər şey dəyişilməz olaraq qalacaq və DNS sorğuları üçün sistem rezolverindən istifadə olunmağa davam edəcək. İstifadəçi öz istəyinə uyğun olarq “chrome://flags/#dns-over-https” ayarları vasitəsilə DoH-u aktivləşdirə və ya deaktivləşdirə bilər. DoH-un 3 çalışma rejimi dəstəklənir: Secure, automatic off.
        Secure rejimində hostlar yalnız daha öncədən keşləşdirilmiş təhlükəsiz mənalar (qorunmuş bağlantılar vasitəsilə əldə olunmuşlar) və DoH üzərindən edilmiş sorğular əsasında təyin edilir. Adi DNS-ə geri dönüş reallaşdırılmır. Automatic rejimində əgər DoH və qorunmuş keş əlçatan deyilsə qeyri təhlükəsiz keşdən məlumatların əldə olunması və ənənəvi DNS üzərindən müraciət reallaşdırılır. Off rejimində ilk öncə ümumi keş yoxlanılır və əgər məlumatlar yoxdursa sorğu sistem DNS-i üzrə göndərilir. DoH-un aktivlşdirilməsi üzrə təcrübə Chrome-da dəstəklənən bütün platformalarda keçiriləcək. Lakin Linux ilə iOS istisna olacaqlar. Əgər DoH-un aktivləşdirilməsindən sonra sorğuların DoH serverə göndərilməsində problem yaşansa, brauzer özü avtomatik olaraq DNS-in sistem ayarlarını geri qaytaracaq. 
    Linki kopyala