main-post-cover

    Firefox 70-də HTTP üzrə açılmış səhifələr təhlükəli kimi işarə olunacaqlar

    Digər
    Code-News
    17.07.2019
    Emil Nəcəfov


        Firefox tərtibatçıları sözügedən brauzerdə HTTP vasitəsilə açılmış bütün səhifələrin qeyri təhlüksiz bağlantı indikatoru vasitəsilə işarələnməsi planından danışıblar. Bu dəyişiklik 22 oktyabr tarixində təqdim olunması planlaşdırılan Firefox 70-də reallaşdırılacaq. Bu barədə Opennet.ru saytı xəbər verib. Chrome brauzerində HTTP vasitəsilə açılmış səhifələr üçün qeyri təhlükəsiz qoşulma indikatorunun ortaya çıxması hələ Chrome 68-də reallaşdırılmışdı.

        Firefox 70-də də URL ünvan hissəsində (i) düyməsinin aradan qaldırılması planlaşdırılır. Onun yerinə daimi şəkildə bağlantı təhlükəsizliyinin səviyyəsi indikatoru yerləşdiriləcək. Həmin indikator həmçinin hərəkətlərin izlənməsi üçün olan bloklayıcı kodun rejimlərinin vəziyyətlərini qiymətləndirməyə də imkan verəcək.
        Güman olunur ki, qeyri təhlükəsiz bağlantı indikatorunun əks olunması bir çox sayt sahiblərinin HTTPS-ə keçid etmələrinə stimul verəcək. Firefox Telemetry servisinin statistikasına əsasən bütün dünya üzrə HTPPS vasitəsilə səhifələrin sorğuları 78.6% təşkil edir (1 il əvvəl 70.3%, 2 il əvvəl isə 59.7%). ABŞ-da bu göstərici 87.6%-dir. Qeyri kommersiya məqsədli təsdiqləyici mərkəz olan Let’s Encrypt tərəfindən təqribi olaraq 174 milyon domeni əhatə edən 106 milyon sertifikat verilib.
    Linki kopyala