Firefox 70-in ünvan sətrində HTTP ilə HTTPS'in əks olunma üsulu dəyişəcək
Digər
Code-News
13.08.2019
Farid Pardashunas
22 oktyabr tarixində təqdim olunması planlaşdırılan Firefox 70 brauzerinin ünvan sətrində HTTPS ilə HTTP protokollarının əks olunma üsulunda dəyişiklik olacaq. HTTP üzrə açılmış səhifələr qeyri təhlükəsiz qoşulma işarəsi ilə işarələnəcəklər. Həmin işarə serifikatlarla problemlərin yaşandığı halda həmçinin HTTPS üzrə açılmış səhifələrdə də ortaya çıxacaq. Bu barədə Opennet.ru saytı xəbər verib. HTTP üçün link “http://” protokolu olmadan təqdim olunacaq. HTTPS üçün isə həmin protokol hələki qalacaq.
Bundan əlavə olaraq hansısa saytda verifikasiya edilmiş EV sertifikatı işlədildikdə brauzerin ünvan sətrində şirkət barədə məlumat əks olunmayacaq. “(i)” düyməsinin yerinə isə qoşulma təhlükəsizliyinin səviyyəsi indikatoru əks olunacaq. HTTPS üçün olan kilid işarəsinin rəngi yaşıldan boza dəyişəcək. Lakin security.secure_connection_icon_color_gray ayarları vasitəsilə yaşıl rəngi geri qaytarmaq mümkün olacaq. Ümumilikdə brauzerlərin təhlükəsizliyin müsbət indikatorlardan təhlükəsizlik ilə bağlı xəbərdarlıqlara keçid etmələri müşahidə olunur.
Menyuda EV sertifikatlar barədə məlumatlar yığışdırılacaq. Lakin brauzerin ünvan sətrində EV sertifikatlar barəsində məlumatların yenidən göstərilməsi üçün about:config-ə “security.identityblock.show_extended_validation” əlavə olunub. Ünvan sətrinin dəyişdirilməsi ümumilikdə ha hazırda Chrome brauzerində olan ünvan sətrinə bənzəyir. Lakin Firefox-da standart olaraq “www”-nun gizlədilməsi və Signed HTTP Exchanges (SXG) mexanizminin əlavə olunmasını planlaşdırılmır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!