Logo
    main-post-cover

    Microsoft virtual reallığı görmə məhdudiyyətli insanlar üçün adaptivləşdirdi (VİDEO)

    Code-News
    26.04.2019
    Farid

    #Step IT Academy tərəfindən təqdim olunur  





       

       Microsoft mütəxəssisləri görmə məhdudiyyətli insanların virtual reallığı daha yaxşı qəbul etmələri üçün 14 alətdən ibarət bir dəst hazırladılar. Alətlər proqram təminatı funksiyalarıdır və VR cihazlar üçün yaradılıb. Bu həllər görmə məhdudiyyəti olan insanlara virtual reallıqda daha düzgün istiqamətlənməyə yardım edəcəkdir.

    SeeingVR funksionalı ilə videoda tanış ola bilərsiniz.

        SeeingVR ilə məsələn obyektlərin izahını əlavə etmək olar. Eyni zamanda yönəldici konturları seçmək və əşyaların rənglərini də dəyişmək mümkündür. Həmçinin qeyd edək ki, alətlərdən 9-u istənilən virtual reallıq dəbilqəsi ilə işləyir, digər 5-ini isə Unity mühərrikində yaradılmış tətbiqə inteqrasiya etmək olar.

        SeeingVR görmə qüsuru olan 11 insan ilə test edilib. Tətqiqatçı komanda qeyd etdi ki, SeeingVR-dan istifadə etdikdə insanlar tapşırıqları daha asan və tez yerinə yetirirdilər. Microsoft daha öncə smarfonun kamerasının qarşısında olan obyektləri tanıyan və səsləndirən Seeing AI tətbiqini təqdim etmişdi.

    Paylaş
    Bənzər xəbərlər