main-post-cover

    Mozilla şirkəti Firefox üçün Private Network proksi servisini test edir

    Digər
    Code-News
    11.09.2019
    Farid Pardashunas
        Mozilla şirkəti Test Pilot proqramını ləğv etdi və test məqsədi üçün Private Network adlı yeni funksionallığı təqdim etdi. Private Network şəbəkə qoşulmasını xarici proksi servis vasitəsilə reallaşdırmaq imkanını verir. Xarici proksi servisin işini isə Cloudflare şirkəti təmin edir. Proksi server üçün olan bütün trafik şifrələnmiş şəkildə ötürülür. Bu isə öz növbəsində şübhə yaradan şəbəkə nöqtələrində iş zamanı təhlükəsizliyin təmin olunması üçün servisdən istifadəni mümkün edir.
        Private Network-un daha bir üstünlüyü isə real IP ünvanın istifadəçinin yerləşdiyi yer barəsində məlumatları yığan sayt və reklam şəbəkələrindən gizlətməkdədir. Bu yeni funksiyanın aktivləşdirilməsindən sonra brauzerin panelində xüsusi düymə ortaya çıxır və bu düymə proksi vasitəsilə işin aktivləşdirilməsini və ya deaktivləşdirilməsini mümkün edir.
        Həmin düymə vasitəsilə həmçinin şəbəkə qoşulmasının vəziyyətini də izləmək olar. Yeni funksiyanın test olunmasında yalnız Firefox-un veb versiyasının ABŞ-dan olan istifadəçiləri iştirak edə bilərlər. Test müddətində servis pulsuz şəkildə təqdim olunur. Lakin final versiyada servis ödənişli ola bilər. Private Network funksionallığını reallaşdıran əlavə kod MPL 2.0 lisenziyası üzrə yayılır. Şəbəkə qoşulması isə “firefox.factor11.cloudflareclient.com:2486” adlı proksi vasitəsilə yayımlanır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər