Logo
    main-post-cover

    16 ildən sonra məşhur "Xarabalıqdan çıxmış milyonçu" filminin davam filmi üçün çəkilişlərə başlanılıb!

    Digər
    28.11.2024
    Aslan

         2009-cu ildə Ən Yaxşı Film Oskarını qazanan Slumdog Millionaire (Xarabalıqdan çıxmış milyonçu) filminin davamı üçün hazırlıqlara başlanılıb. Davam filmi Jamal Malik-in hekayəsini izah etməyə davam edəcək.

         Keçmiş Netflix rəhbəri Swati Shetty və prodüser ortağı Grant Kessman tərəfindən yaradılmış Bridge7 adlı istehsal şirkəti, Slumdog Millionaire filminin davamı və televiziya uyğunlaşdırılması hüquqlarını alıb. Hələlik serial uyğunlaşdırılması ilə bağlı heç bir addım atılmasa da, davam filmi üçün hazırlıqlar başlayıb. Slumdog Millionaire filminin davamı, ilk filmdə milyon dollarlıq mükafatı qazanmaq üçün keçdiyi maraqlı həyat hekayəsini izlədiyimiz Jamal Malik-in sonrakı həyatına fokuslanacaq.
         İlk filmdə Jamal obrazını canlandıran Dev Patel bu gün artıq seçdiyi layihələrdə çox diqqətli olan, mükafatlı bir aktyor və rejissora çevrilib. Buna görə də, onun bu davam filmində iştirak edəcəyi çox da ehtimal edilmir. Hətta ümumilikdə, ilk filmin komandasının bu davam filmi ilə çox da əlaqəli olmayacağı düşünülür. Yeni layihəni kimin həyata keçirəcəyi isə hələ ki, naməlumdur. 2009-cu ildə Ən Yaxşı Film də daxil olmaqla, 8 kateqoriyada Oskar qazanan Slumdog Millionaire, dünya üzrə 378.4 milyon dollar gəlir əldə edərək kassada da böyük uğur qazanmışdı.
    Paylaş
    Bənzər xəbərlər