main-post-cover

    2024-cü ilin son altı ayında “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub

    Digər
    16.12.2024
    Emil Nəcəfov
         2024-cü ilin iyun-noyabr ayları ərzində “Qadın Dəstək Xətti”nə ümumilikdə 586 müraciət daxil olub. Onların 256-sı hüquqi dəstək, 191-i nikahın pozulması, 59-u məişət zorakılığı, 46-sı sosial-maddi rifah, 21-i sığınacaq axtarışı, 13-ü isə səhiyyə hüquqlarının təmin olunması ilə əlaqədar olub.
         Qeyd edək ki, bütün müraciətlər məzmununa uyğun olaraq müvafiq qurumlara yönləndirilir, ehtiyac olduqda qadınlara hüquqi məsləhətlər verilir və ilkin psixoloji dəstək göstərilir. Zəruri hallarda müraciət edən şəxslərlə görüşlər keçirilir, qadınlara sığınacağa yerləşdirmə və  mühafizə orderinin alınması ilə bağlı dəstək verilir. Xidmətə müraciət edən qadınların məlumatlarının gizliliyi təmin edilir və bilgilər yalnız onların razılığı ilə aidiyyəti qurumlarla paylaşılır.
         Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan, “Ümidli Gələcək” İctimai Birliyi tərəfindən idarə edilən “Qadın Dəstək Xətti” çətin həyat şəraitində olan qadınlara yardım etmək məqsədi daşıyır. Xidmətin daha əlçatan olması üçün “Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti 24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi, FacebookInstagram səhifələri vasitəsilə xidmət göstərir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirildi
    azercell-in-antikorrupsiya-siyaseti-beynelxalq-ekspertler-terefinden-deyerlendirildi
    Azercell ilə “Kinon Plus”-dan 7 gün pulsuz istifadə imkanı!
    azercell-ile-kinon-plus-dan-7-gun-pulsuz-istifade-imkani
    Azercell ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçdi
    azercell-ahillar-ucun-kibertehlukesizlik-movzusunda-telim-kecdi
    Azercell media nümayəndələri üçün “Media texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil edəcək
    azercell-media-numayendeleri-ucun-media-texnologiyalari-yenilikler-ve-trendler-adli-telim-teskil-edecek
    Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib
    azercell-dayaniqlilligin-temin-edilmesinde-teskilatlarin-rolu-movzusunda-panel-muzakiresi-kecirib