700-dən çox gənc doğru yolu seçdi!
Digər
25.06.2024
Emil Nəcəfov
“Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə birgə əməkdaşlıqda həyata keçirdiyi "Doğru yol budur" sosial kampaniyasına qoşulanların sayı hər gün artır. Artıq Azərbaycanın müxtəlif bölgələrindən 700-dən çox şəxs bu çağırışa cavab verərək mütəmadi məşqlərdə iştirak edir. Layihə cəmiyyətimizdə, xüsusilə də gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
Qeyd edək ki, “Doğru yol budur” kampaniyası çərçivəsində Cüdo Federasiyasının məktəbləri və bölmələri fəaliyyət göstərən bölgələrdə qeydiyyatdan keçən gənclərə 1 ay müddətində ödənişsiz cüdo ilə məşğul olmaq imkanı verilib. Layihə əsnasında məşhur rep ifaçısı Orxan Zeynallı ilə qısametrajlı film çəkilib, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri aparılıb. Paytaxt və Azərbaycanın bir çox bölgələrində, xüsusən də məktəblərin ətrafında və gənclərin daha çox toplandığı yerlərdə eyni konsepsiyanı davam etdirən posterlər yerləşdirilib.
Xatırladaq ki, 26 iyun BMT tərəfindən Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edilib və bu gün ictimaiyyətin diqqətini narkomaniya problemlərinə yönəltməyi hədəfləyib. “Azercell Telekom” yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi sürərək asudə vaxtlarını səmərəli keçirməyə çağırır!
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell abunəçilərinin nəzərinə (Telekommunikasiya Problemi)
Azercell abunəçilərinin nəzərinə (Telekommunikasiya Problemi)
Məlumat üçün bildiririk ki, 20 iyun 2024-cü il tarixində axşam saatlarından etibarən respublikanın bəzi bölgələrində güclü küləkli hava şəraiti ilə əlaqədar Azercell abunəçilərinin telekommunikasiya xidmətlərindən istifadəsi zamanı müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür.
“AZERCELL CUP 2024” müsabiqəsinin qalibləri müəyyən olundu
“AZERCELL CUP 2024” müsabiqəsinin qalibləri müəyyən olundu
2000 məktəbli arasından 31 qalib seçildi
Azercell-in növbəti ESG tədbiri baş tutdu
Azercell-in növbəti ESG tədbiri baş tutdu
Lider mobil operator ESG (ətraf mühit, sosial və idarəetmə) mövzusunda növbəti tədbirini uğurla həyata keçirdi. “Dayanıqlı İnkişaf: Çağırışlar və Həll Yolları” adlı tədbirdə mövzunu müzakirə etmək üçün sənaye ekspertləri, dövlət qurumları, biznes və QHT nümayəndələri bir araya gəldi.
Azercell-i Bakı Süni İntellekt Forumunda “Aicell” təmsil etdi
Azercell-i Bakı Süni İntellekt Forumunda “Aicell” təmsil etdi
Rəy liderləri və sənaye mütəxəssislərini bir araya gətirən Bakı Süni İntellekt Forumunda yeni texnologiyaların transformasiya potensialı müzakirə olundu.
“akart” Mərkəzi Bankdan lisenziya alan ilk fintex həlli oldu
“akart” Mərkəzi Bankdan lisenziya alan ilk fintex həlli oldu
Azərbaycan Respublikasının Mərkəzi Bankı “A-Solutions” MMC-yə elektron pul təşkilatı kimi fəaliyyət göstərməsi üçün lisenziya təqdim edib.
Həftənin xəbərləri
Süni intellekt önümüzdəki 10 il ərzində yox olacaq peşələri açıqlayıb!
Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub