“881” Çağrı Mərkəzinə bir ayda 19 mindən çox müraciət daxil olub
Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi vətəndaş müraciətlərinin cavablandırılması və xidmət keyfiyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirir.
Technote.az xəbər verir ki, aprel ayı ərzində Çağrı Mərkəzinə ümumilikdə 19.912 müraciət daxil olub. Onlardan 19.600-ü operativ şəkildə cavablandırılıb.
Xidmət səviyyəsi yüksək göstərici ilə 91.51% təşkil edib. Orta xidmət müddəti isə 1 dəqiqə 59 saniyə olub.
Bundan əlavə, ay ərzində 312 itirilmiş zəng üzrə geri dönüş edilib. Qeyri-iş günlərində müraciət edən 410 vətəndaşın sualları cavablandırılıb.
Paylaş