main-post-cover

    ABŞ, Çinə qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır!

    Digər
    03.12.2024
    Farid Pardashunas

         ABŞ, Çinin yarımkeçirici sənayesinə qarşı son 3 ildə 3-cü sanksiya paketini tətbiq etməyə hazırlaşır. Yeni tədbirlər çərçivəsində 140 Çin yarımkeçirici istehsalçısının ixracı məhdudlaşdırılacaq.

         Son illərdə ABŞ, Çinin yarımkeçirici sahəsindəki inkişafını ləngitmək üçün başladığı sanksiya dalğalarına yenisini əlavə edir. Bu həftə açıqlanması gözlənilən yeni qaydalar, Naura Technology Group, Piotech SiCarrier Technology kimi Çində fəaliyyət göstərən çip avadanlığı istehsalçılarını hədəf alacaq. Naura Çinin ən böyük çip avadanlığı istehsalçısı, digər şirkətlər isə ölkənin yarımkeçirici nəhəngləri arasında yer alır.
         Sanksiya paketi süni intellekt təlimi kimi yüksək səviyyəli tətbiqlər üçün həyati əhəmiyyət daşıyan High Bandwidth Memory (HBM) çiplərinin Çinə göndərilməsinə məhdudiyyətlər, 24 əlavə çip istehsal vasitəsinə və 3 proqram təminatına yeni qadağalar, həmçinin Sinqapur Malayziyada istehsal olunan çip avadanlıqlarının ixracına məhdudiyyətləri əhatə edir. Xüsusilə Lam Research, KLA Applied Materials kimi ABŞ şirkətləri, eləcə də Hollandiya mərkəzli ASM International kimi xarici istehsalçıların bu sanksiyalardan mənfi təsirlənəcəyi gözlənilir.
         ABŞ-ın hədəfində Çinin yarımkeçirici istehsalı şirkətləri, 2 sərmayə şirkəti və 100-dən çox çip avadanlığı istehsalçısı yer alır. Bu şirkətlərin əksəriyyəti ABŞ sanksiyaları səbəbindən çətin vəziyyətə düşən Huawei ilə əməkdaşlıq etdikləri üçün siyahıya daxil edilib. Bu şirkətlər ABŞ tədarükçülərinin xüsusi lisenziya olmadan məhsul göndərməsini qadağan edən qara siyahıya əlavə ediləcək. Çin yarımkeçirici sənayesində xaricdən asılılığı azaltmaq və texnoloji baxımdan özünü təmin edən ölkə olmaq üçün mühüm addımlar atır və məhdudiyyətlər altında səylərini sürətləndirir. Lakin mütəxəssislər, Çinin bu sahədə NVIDIA kimi ABŞ liderlərindən və ASML kimi inkişaf etmiş çip avadanlığı istehsalçılarından geri qaldığını vurğulayırlar.
         ABŞ, Çinin ən böyük çip istehsalçısı olan Semiconductor Manufacturing International-a əlavə məhdudiyyətlər tətbiq etməyə hazırlaşır. SMIC 2020-ci ildə siyahıya salınsa da, o vaxtdan bəri milyardlarla dollar dəyərində ixrac lisenziyası təsdiq edilib. Bundan başqa, ABŞ ilk dəfə 2 sərmayə şirkətini – Wise Road Capital Wingtech Technology Co.-nu da qara siyahıya salacaq.
         Yeni qaydalar, xüsusilə Foreign Direct Product (FDPR) qaydasını genişləndirir. Bu qayda ABŞ, Yaponiya və Hollandiya istehsalçılarının digər bölgələrdə istehsal etdikləri çip avadanlıqlarının Çindəki müəyyən fabriklərə ixracını məhdudlaşdırmaq üçün ABŞ-ın səlahiyyətlərini genişləndirəcək. Malayziya, Sinqapur, İsrail, Tayvan və Cənubi Koreyada istehsal olunan avadanlıqlar bu qaydaya tabe olacaq, lakin Hollandiya və Yaponiya istisna ediləcək. Qayda həmçinin müəyyən xarici məhsulların ABŞ nəzarətinə tabe olacağı hallar üçün ABŞ mənşəli məzmun miqdarını sıfıra endirəcək. Bu, ABŞ-a digər ölkələrdən Çinə göndərilən məhsulların ABŞ çipini ehtiva edib-etmədiyini yoxlamağa imkan verəcək.
         Bu yeni qaydalar ABŞ-ın Çinin hərbi məqsədlər üçün süni intellekt texnologiyalarını inkişaf etdirməsini və ya ABŞ-ın milli təhlükəsizliyinə təhdid yarada biləcək çiplərə çıxışını məhdudlaşdırmağa yönəlmiş sanksiyalarının 3-cü mərhələsini təşkil edir. ABŞ 2022-ci ilin oktyabrında müəyyən yüksək səviyyəli çiplərin satışını və istehsalını qadağan etmək üçün əhatəli nəzarət tədbirləri tətbiq etmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NASA buzlaqlar arasında gizli bir döyüş bazası aşkar edib!
    nasa-buzlaqlar-arasinda-gizli-bir-doyus-bazasi-askar-edib
    Alimlər qaranlıqda belə elektrik enerjisi istehsal edə bilən günəş paneli hazırlayıblar!
    alimler-qaranliqda-bele-elektrik-enerjisi-istehsal-ede-bilen-gunes-paneli-hazirlayiblar
    FBI, Çin dəstəkli hakerlərin telekommunikasiya nəhənglərinin şəbəkələrinə sızaraq milyonlarla məlumatı ələ keçirdiyini təsdiqləyib!
    fbi-cin-destekli-hakerlerin-telekommunikasiya-nehenglerinin-sebekelerine-sizaraq-milyonlarla-melumati-ele-kecirdiyini-tesdiqleyib
    ABŞ prezident seçkilərinin ən böyük qalibi Elon Musk-dır!
    abs-prezident-seckilerinin-en-boyuk-qalibi-elon-musk-dir
    Şarj etmək üçün taxılan bir iPhone 14 Pro Max anidən bomba kimi partlayıb!
    sarj-etmek-ucun-taxilan-bir-iphone-14-pro-max-aniden-bomba-kimi-partlayib