ABŞ, Çinə qarşı “qəddar” sanksiyalar qoymağı planlaşdırır!
Digər
18.07.2024
Farid Pardashunas
Yeni hesabata görə, ABŞ, Çinin yarımkeçirici sənayesinə qarşı daha sərt ticarət məhdudiyyətlərini nəzərdən keçirir. Yeni qoyulacaq sanksiyaların qəddar şəkildə olacağı bildirilir.
Məlumatlara görə, ABŞ müttəfiqlərinə təzyiq göstərmək üçün birbaşa xarici məhsul qaydası və ya FDPR adlı tədbiri tətbiq edib-etməməyi düşünür. Bu qayda, ölkənin Amerika texnologiyasından istifadə edən ən kiçik miqdarda belə xarici istehsal məhsullarına nəzarət etməsinə imkan verir. Müttəfiqlər tərəfindən amansız hesab edilən belə bir addım, Çində sənaye üçün həyati əhəmiyyət kəsb edən çiplərin istehsalında istifadə edilən litoqrafiya maşınları istehsal edən Japon Tokyo Electron və Hollandiyalı ASML-ni tamamilə bağlamaq üçün istifadə edilə bilər. Eyni zamanda, ABŞ, artıq Çinə çatdırılmış yarımkeçirici avadanlıqlar üçün Yaponiya və Hollandiya da daxil olmaqla, müttəfiqlərinin xidmət və təmirini mümkün qədər məhdudlaşdırmaq istəyir.
Həmçinin bildirilir ki, ABŞ hazırda Çinə satış üçün tələb etdiyi məhdud texnologiyaların meyarlarını və əhatə dairəsini genişləndirəcək və şirkətlərdən ticarət üçün lisenziya almağı tələb edəcək. Bundan əlavə, xüsusi Çin yarımkeçirici texnologiyalarını inkişaf etdirən və istehsal edən şirkətlər üçün əlavə sanksiyalar nəzərdə tutulur. Bu əlavə tədbirlər, mövcud nəzarəti gücləndirmək və Çinin çip istehsalçılarına təzyiqi artırmaq məqsədi daşıyır. Onların əsas məqsədi Çinin qabaqcıl yarımkeçirici texnologiyalarına çıxışını məhdudlaşdırmaq və Çini kritik texnologiya istehsalında geridə saxlamaqdır. ABŞ, həm yerli şirkətlərin, həm də müttəfiqlərinin Çinlə yüksək texnologiyalı ticarətini məhdudlaşdırmağa çalışsa da, bu cür sanksiyalar və ticarət maneələri, bütün tərəflərə ziyan vurur. Çünki Çin çox böyük bazardır və ABŞ şirkətləri orada satışlarını itirmək istəmirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft, Çin bazarındakı mağazalarının qapılarını bağlayır!
Microsoft, Çin bazarındakı mağazalarının qapılarını bağlayır!
Texnologiya nəhəngi Microsoft, Çin bazarındakı bütün fiziki mağazalarını rəsmən bağlayıb. Məşhur şirkət, Çindəki bütün satışları bölgədəki satış tərəfdaşlarına və onlayn mağazalara buraxıb.
Çinli elektrik avtomobil istehsalçıları, hökuməti Avropadan qisas almağa çağırır!
Çinli elektrik avtomobil istehsalçıları, hökuməti Avropadan qisas almağa çağırır!
Bildirilir ki, Avropada əlavə vergilərə məruz qalan Çin istehsalçıları Pekində bağlı qapılar arxasında keçirilən toplantıda Avropadan idxal edilən daxili yanma mühərrikli avtomobillərə əlavə vergi tələb ediblər.
Çin, yaşıl hidrogen istehsalında dünyanın bütün ölkələrini geridə qoyur!
Çin, yaşıl hidrogen istehsalında dünyanın bütün ölkələrini geridə qoyur!
Çin, milli hidrogen istehsalı hədəflərini vaxtından əvvəl aşmağa hazırlaşır. Belə ki, Çin, ildə 220.000 ton yaşıl hidrogen istehsal etməyə hazırlaşarkən, eyni zamanda dünyanın bütün ölkələrini də geridə qoyur.
Çin, dünyanın ən böyük Günəş elektrik stansiyasını istifadəyə verib!
Çin, dünyanın ən böyük Günəş elektrik stansiyasını istifadəyə verib!
Çin, dünyanın ən böyük günəş elektrik stansiyasını işə saldığını açıqlayıb. 200 min hektar sahədə tikilən obyekt, ildə 5 GVt (giqavat) gücündə 6.09 milyard kilovat saat elektrik enerjisi istehsal edəcək.
Çində dünyanın ilk süni intellekt xəstəxanası açılıb!
Çində dünyanın ilk süni intellekt xəstəxanası açılıb!
Çində açılan dünyanın ilk süni intellekt xəstəxanası, tamamilə süni intellekt həkimləri tərəfindən idarə olunur və gündəlik 3 min xəstəyə xidmət göstərir.
Həftənin xəbərləri
WhatsApp-da çat siyahılarının yaradılması funksiyası istifadəyə verilib
Dünyanın ən təhlükəli sosial media platforması açıqlanıb!