ABŞ tarifləri Amazon-da qiymət strategiyasını dəyişir
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Amazon şirkətinin baş direktoru Andy Jassy bildirib ki, ABŞ-də tətbiq olunan yeni gömrük rüsumları məhsul qiymətlərinə təsir etməyə başlayıb.
Jassy CNBC-yə açıqlamasında deyib ki, Amazon və platformadakı üçüncü tərəf satıcılar tariflər qüvvəyə minməzdən əvvəl anbarlarını məhsullarla dolduraraq qiymət artımının qarşısını almağa çalışıblar. Lakin bu ehtiyatlar əsasən ötən ilin payızında tükənib. Onun sözlərinə görə, hazırda bəzi satıcılar artan xərcləri qiymət artımı yolu ilə alıcıların üzərinə qoyur, bəziləri isə tələbi qorumaq üçün bu xərcləri öz üzərinə götürür. Digərləri isə hər iki yanaşmanın ortasını seçir. Jassy vurğulayıb ki, artıq tariflərin qiymətlərə təsiri daha açıq şəkildə görünür.
Bu açıqlama Amazon-un ötənilki mövqeyindən fərqlənir. O zaman Andy Jassy, Prezident Donald Trump tərəfindən elan edilən tariflərə baxmayaraq qiymətlərin artmadığını bildirmişdi. Amazon rəhbəri qeyd edib ki, şirkət qiymətləri aşağı saxlamağa çalışsa da, bəzi hallarda bahalaşma qaçılmazdır. Onun sözlərinə görə, pərakəndə satış sektoru aşağı mənfəət marjası ilə işlədiyi üçün xərclər 10 % artdıqda bunu tam şəkildə kompensasiya etmək çətindir.
Paylaş