“akart” geniş fəaliyyətə başladı!
Digər
09.10.2024
Emil Nəcəfov
Azercell-in törəmə şirkəti “A-Solutions Elektron Pul Təşkilatı” MMC “akart”ın fəaliyyət spektrini genişləndirir. Yeni nəsil maliyyə həlli nağdsız hesablaşmalara çıxışı olmayan əhali üçün də bu xidməti hər an və hər yerdə əlçatan edir. Azercell-in qabaqcıl müştəri təcrübəsi və innovativ yanaşmasını özündə birləşdirən “akart” 18 yaşı tamam olmuş hər bir vətəndaşa tamamilə ödənişsiz təqdim edilir.
“akart”ın üstünlükləri:
Maliyyə inklüzivliyi: hər kəs üçün əlverişli və geniş yayılmış maliyyə həlləri;
İnnovativ yanaşma: sadə və təhlükəsiz rəqəmsal maliyyə əməliyyatları;
Müştəriyönümlülük: sürətli, asan və intuitiv istifadə təcrübəsi;
Tərəfdaş şəbəkəsi: geniş partnyor ekosistemi ilə hər kəsə müxtəlif ödəniş və xidmət seçimləri təklif etməklə yanaşı, keşbek qazandırır;
Giqabayt bonuslar: hər ödənişdən aylıq giqabayt əldə etmək imkanı;
“Tamamla” kredit məhsulu: balansda kifayət qədər vəsait olmadığı halda belə ödənişi həyata keçirmək imkanı;
Təhlükəsizlik: maliyyə vəsaitləri təmassız ödənişlər (Apple Pay və Google Pay) və giriş şifrəsi, üz və barmaq izi tanıma kimi güclü təhlükəsizlik tədbirləri ilə qorunur.
Kartın aktivasiya prosesi çox rahatdır və cəmi bir neçə dəqiqə vaxt tələb edir. Həm IOS, həm də Android sistemlərini dəstəkləyən müştəri-yönümlü “akart” tətbiqini “AppStore” və ya “Google Play”dən yükləmək mümkündür. Daha sonra müvafiq xanalarda şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib, “Sima” ilə sürətli autentifikasiyadan keçmək kifayət edir. Kart yalnız Azercell abunəçiləri tərəfindən sifariş edilə bilər.
Qeyd edək ki, “A-Solutions Elektron Pul Təşkilatı” MMC ölkənin ilk elektron pul təşkilatıdır və 23 may 2024-cü ildən etibarən AR Mərkəzi Bankının 001 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
Yeni nəsil maliyyə həllinin məqsədi nağdsız əməliyyatları vərdiş halına gətirmək və maliyyə vəsaitlərinin təhlükəsizliyini təmin etməkdir.
“akart” ilə ödənişlərin rahatlığını kəşf et: innovativ, sürətli və təhlükəsiz!
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell “iPhone 16”nı təqdim edir
Azercell “iPhone 16”nı təqdim edir
Lider mobil operator ən yeni texnologiyaları abunəçiləri üçün əlçatan etməyə davam edir.
Azercell yenilənmiş “Premium” tarif paketlərini təqdim edir
Azercell yenilənmiş “Premium” tarif paketlərini təqdim edir
Ölkənin lider mobil operatoru “Premium” tariflərinin imkanlarını genişləndirir. Oktyabr ayının 1-dən etibarən “Premium” abunəçilərinə daha sərfəli danışıq xidmətləri təqdim edilir, paketlərin aylıq abunə haqqı və digər imtiyazlar isə dəyişməz olaraq qalır.
Azercell-dən Qarabağda təhsil alan universitet tələbələri üçün xüsusi kampaniya
Azercell-dən Qarabağda təhsil alan universitet tələbələri üçün xüsusi kampaniya
Qarabağda təhsil alan tələbələrə “SuperSən 10GB” tarif paketindən 6 ay ərzində pulsuz istifadə etmək imkanı verilir
Azercell və GSMA əməkdaşlığı gücləndirir
Azercell və GSMA əməkdaşlığı gücləndirir
Ölkənin lider mobil operatoru insan kapitalının inkişafına töhfə verir
Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi
Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi
Lider mobil operator “Uğur qızlarımızındır” adlı sosial layihəyə start verdi
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!