
akart mədəni irsimizi yaşatmaqda davam edir!
Digər
14.02.2025
Emil
Yeni nəsil ödəniş həlli vasitəsilə Azərbaycanın mədəni irsini təbliğ etməyi hədəfləyən xüsusi akart dizaynları artıq Bakı Metropoliteninin “Sahil” stansiyasında sərgilənir. Tanınmış rəssamlarımız – Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Tahir Salahov, Mikayıl Abdullayev, Əyub Məmmədov, Rasim Babayev və digər incəsənət xadimlərinin sevilən əsərlərini özündə əks etdirən bu eksklüziv akart kolleksiyası Azərbaycan mədəniyyətinin görkəmli nümunələrini daha geniş auditoriyaya təqdim edir.

Bu unikal dizaynlar A-Solutions Elektron Pul Təşkilatı, Visa və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanaraq 2024-cü ilin dekabr ayında ictimaiyyətə təqdim edilib. Hazırda 30 rəqəmsal kart dizaynı istifadəyə verilib və daha 15 əsərin kartlar üzərində əks etdirilməsi planlaşdırılır. Yeni kolleksiyaya Azərbaycan rəssamlarının “Novruz”, “Ramazan” və “Yaz” mövzularında əsərləri də daxil ediləcək.
Hər bir akart istifadəçisi bu yeni dizaynları tamamilə ödənişsiz əldə edə bilər. Seçiminizi “akart” mobil tətbiqi vasitəsilə edərək milli incəsənətimizi təcəssüm etdirən innovativ kartlara sahib olun!

Qeyd edək ki, akart “A-Solutions Elektron Pul Təşkilatı” MMC tərəfindən istifadəyə verilmişdir. 16 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankından lisenziya almış ilk elektron pul təşkilatı olan A-Solutions, "Azercell Telekom" MMC-nin törəmə şirkəti olaraq yeni nəsil maliyyə həlləri təklif edir və nağdsız hesablaşmalara çıxışı olmayan insanlar üçün bu xidmətlərin əlçatanlığını artırmağı hədəfləyir.
akart ilə nağdsız ödənişlər hər an, hər yerdə hamı üçün əlçatandır!


Paylaş
Bənzər xəbərlər

Digər
Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır

Digər
Azercell şəkili qadın sahibkarları dəstəkləyir
Lider mobil operator qadınların sahibkarlıq fəaliyyətini və iqtisadi müstəqilliyini dəstəkləməyə davam edir

Digər
“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub

Digər
Azercell-dən “Gənclər Günü”nə özəl təklif!
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim

Digər
Azercell-in dəstəyi ilə Bakıda “Dayanıqlı İnkişaf” hakatonu keçirildi
Gənclər ətraf mühitin mühafizəsinə yönəlmiş texnoloji həllərini təqdim ediblər
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
