Logo
    main-post-cover

    Amazon-a rəqib Stord 250 milyon dollar investisiya aldı

    Digər
    26.05.2026
    Sevinj
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-nin elektron ticarət logistikası sahəsində fəaliyyət göstərən Stord şirkəti yeni investisiya mərhələsində 250 milyon dollar vəsait cəlb edib. Bununla da şirkətin bazar dəyəri 3 milyard dollara yüksəlib ki, bu da ötən ilki qiymətləndirmə ilə müqayisədə iki dəfə artım deməkdir.
    Amazon opens up its global logistics network to all businesses | TechCrunch
        Yeni investisiya raunduna Strike Capital rəhbərlik edib. Raunda həmçinin Kleiner Perkins, Founders Fund, Franklin Templeton, Baillie Gifford, G Squared və Bond kimi iri investorlar da qoşulublar. 2015-ci ildə Sean Henry və Jacob Boudreau tərəfindən tələbə olduqları dövrdə yaradılan Stord elektron ticarət şirkətləri üçün anbar şəbəkəsi, inventar idarəetmə sistemləri və logistika həlləri təqdim edir. Şirkət özünü “Amazon-a alternativ” kimi təqdim edir. Stord brendlərə sürətli çatdırılma imkanları təqdim etməklə yanaşı, onların müştəri münasibətlərinə nəzarəti öz əllərində saxlamasına şərait yaratdığını bildirir.
        Pandemiya dövründə sürətlə böyüyən şirkət 2021-ci ildə “unikorn” statusu qazanmışdı. 2025-ci ildə isə 200 milyon dollarlıq investisiya cəlb edərək dəyərini 1,5 milyard dollara çatdırmışdı. Son investisiyadan sonra şirkətin ümumi topladığı vəsait təxminən 775 milyon dollara yüksəlib.
    Paylaş