Logo
    main-post-cover

    Amazon logistika xərclərinə görə satıcılara yeni ödəniş tətbiq edir

    Digər
    03.04.2026
    Sevinj
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Amazon qlobal enerji bazarlarında baş verən kəskin bahalaşma fonunda satıcılar üçün yeni “yanacaq əlavəsi” (fuel surcharge) tətbiq edəcəyini açıqlayıb. Şirkət bu qərarı logistika və nəqliyyat xərclərinin artması ilə izah edir.
        Amazon-un açıqlamasına görə, şirkətin anbar və çatdırılma şəbəkəsindən istifadə edən satıcılara 3,5 % həcmində əlavə ödəniş tətbiq olunacaq. Yeni qayda 17 aprel tarixindən qüvvəyə minəcək və əsasən Fulfillment by Amazon (FBA) xidmətindən istifadə edən satıcılara şamil ediləcək. Bu xidmət çərçivəsində satıcılar məhsullarını Amazon anbarlarına göndərir, şirkət isə məhsulların saxlanması, qablaşdırılması və müştəriyə çatdırılmasını həyata keçirir.
        Şirkət bildirib ki, artan yanacaq və logistika xərclərini indiyə qədər özü qarşılasa da, xərclər yüksək səviyyədə qalmağa davam etdiyi üçün müvəqqəti əlavə ödəniş tətbiq etmək məcburiyyətində qalıb. Amazon əlavə edib ki, tətbiq olunan 3.5 %-lik yanacaq əlavəsi digər böyük logistika şirkətlərinin tətbiq etdiyi əlavələrlə müqayisədə daha aşağıdır.
        Qeyd edək ki, Amazon oxşar yanacaq əlavəsini sonuncu dəfə 2022-ci ildə tətbiq etmişdi. Həmin dövrdə də neftin qiyməti 100 dolları keçmişdi və buna səbəb Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində enerji bazarlarında yaranan qeyri-sabitlik idi.
    Paylaş