Logo
    main-post-cover

    Amazon sifarişləri daha tez çatdırmaq üçün yeni sistemini tanıtdı

    Digər
    17.03.2026
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Amazon istifadəçilərin daha sürətli çatdırılma imkanlarını asanlıqla tapması üçün yeni “getitfast” adlı səhifə istifadəyə verib. Şirkətin açıqlamasına görə, bu səhifə vasitəsilə alıcılar yaşadıqları ərazidə 1 saatlıq və 3 saatlıq çatdırılma üçün uyğun məhsulları birbaşa görə biləcəklər.
        Yeniləmə yalnız ayrıca səhifə ilə məhdudlaşmır. Amazon artıq axtarış sisteminə də yeni filtrlər əlavə edib. İstifadəçilər məhsulları 1 saat və ya 3 saat ərzində çatdırılma seçimlərinə görə süzgəcdən keçirə biləcək. Bundan əlavə, uyğun məhsullar xüsusi etiketlərlə işarələnəcək ki, bu da sürətli sifariş verməyi daha rahat edir.
        Şirkət bildirir ki, 1 saatlıq çatdırılma hazırda ABŞ-də yüzlərlə şəhər və qəsəbədə mövcuddur. Bu siyahıya Los-Anceles, Çikaqo və Vaşinqton kimi böyük şəhərlərlə yanaşı, daha kiçik yaşayış məntəqələri də daxildir. 3 saatlıq çatdırılma isə artıq 2 mindən çox şəhər və ətraf bölgədə təqdim olunur. Amazon yaxın aylarda bu xidmətlərin əhatə dairəsini daha da genişləndirməyi planlaşdırır.
    Paylaş