Amazon-un çatdırılma dronu Texasda internet kabelini kəsib
Amazon-un çatdırılma dronları ilə bağlı problemlər davam edir. CNBC-nin məlumatına görə, Federal Aviasiya Administrasiyası (FAA) ötən həftə Texas ştatının Vako şəhərində baş verən yeni insidenti araşdırmağa başlayıb.
Şirkətin çatdırılma üçün istifadə etdiyi dron sifarişi yerinə yetirdikdən sonra yaxınlıqdakı internet kabelinə ilişib. Dron kabelə ilişdikdən sonra onu kəsib və daha sonra sistemin təyin etdiyi təhlükəsiz ehtiyat enişi proseduru ilə yerə enib. Hadisə nəticəsində xəsarət alan olmayıb və genişmiqyaslı internet kəsintiləri qeydə alınmayıb. Bu insident Amazon-un Arizona ştatında üst-üstə yaşanan iki dron qəzasından sonra baş verir və FAA-nın şirkətin uçuş əməliyyatlarını daha yaxından izləməsinə səbəb olub.
Paylaş