Logo
    main-post-cover

    Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 milyard manatı keçib

    Digər
    29.06.2026
    Farid
        Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sisteminin (AÖS) aylıq dövriyyəsi 1 milyard manatı ötüb. Bu barədə AMB-nin Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov məlumat verib.
        Technote.az xəbər verir ki, 1 milyard manatı keçən aylıq dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artım deməkdir. AMB hazırda AÖS-ün xarici ölkələrin analoji ödəniş sistemləri ilə inteqrasiyasını da prioritet istiqamət kimi müəyyənləşdirib.
        Mərkəzi Bank AzQR ödənişlərinin inkişafına da xüsusi diqqət ayırır. Hazırda bu həll geniş POS-terminal şəbəkəsində tətbiq olunur və banklarla "FinTech" tətbiqləri vasitəsilə istifadə edilə bilir.
        Bu ay üzrə AzQR əməliyyatlarının sayı 40 milyona çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30 dəfədən çox artım nümayiş etdirib.
        AMB bildirib ki, ödəniş infrastrukturunun inkişafı istiqamətində işlər davam etdirilir. Bu çərçivədə əsas diqqət Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsi və rəqəmsal ödənişlərin genişləndirilməsinə yönəldilib.
    Paylaş