Logo
    main-post-cover

    Apple Card-ın yeni bank tərəfdaşı JPMorgan Chase oldu

    Digər
    08.01.2026
    Sevinc
         Apple açıqlayıb ki, Apple Card-ın yeni bank tərəfdaşı JPMorgan Chase olacaq. Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, bununla da kartın indiyə qədərki emitenti olan Goldman Sachs ilə əməkdaşlıq başa çatır. Apple bildirib ki, bu keçid prosesinin tamamlanması təxminən 24 ay çəkə bilər.
          Bank tərəfdaşı dəyişsə də, Apple Card ödənişlər üçün Mastercard şəbəkəsindən istifadə etməyə davam edəcək. İstifadəçilər üçün isə hazırda heç bir dəyişiklik yoxdur. Həm mövcud kart sahibləri, həm də yeni müraciət edənlər Apple Card-dan eyni şərtlərlə istifadə edə biləcəklər.
          JPMorgan Chase-in açıqlamasına görə, bu razılaşma çərçivəsində təxminən 20 milyard dollar dəyərində kart balansı Chase-ə keçəcək. The Wall Street Journal yazır ki, Goldman Sachs bu məbləği 1 milyard dollarlıq endirimlə balansından çıxarır. Goldman Sachs isə 2025-ci ilin dördüncü rübü üçün bu öhdəliklə bağlı 2,2 milyard dollar kredit zərəri ehtiyatı ayıracağını bildirib.
         Qeyd edək ki, Apple ilə Goldman Sachs arasındakı tərəfdaşlığın bitəcəyi ilə bağlı söz-söhbətlər artıq bir neçə ildir gündəmdə idi. Keçən il The Wall Street Journal JPMorgan-ın Apple-ın yeni bank tərəfdaşı olacağını yazmışdı.
    Apple Card 2019-cu ildə Goldman Sachs ilə birlikdə istifadəyə verilmişdi. Kart gecikmə cərimələri və penal faizlər olmadan, Apple və seçilmiş tərəfdaşlardan alışlarda 3 %, Apple Pay ilə ödənişlərdə 2 %, fiziki kartla ödənişlərdə isə 1 % gündəlik keşbek təklif edir.
    Paylaş
    Bənzər xəbərlər