
Apple, Çində cihazların sərt şəraitdə sınaqdan keçiriləcəyi labaratoriya açır!
Digər
26.07.2024
Aslan
Apple, Çinin Shenzhen şəhərində yeni tədqiqat laboratoriyasını açmağa hazırlaşır. Yeni müəssisədə, xüsusilə iPhone, iPad və Apple Vision kimi cihazların ekstremal şəraitdə sınaqdan keçiriləcəyi bildirilir.
Apple şirkətinin Shenzhen şəhərində yeni yaradılmış tədqiqat laboratoriyası açılmağa hazırlaşır. Laboratoriya, əsasən iPhone, iPad və Apple Vision Pro kimi məhsullar üçün etibarlılıq, keyfiyyət və materialların təhlili testlərinə fokuslanacaq. Yeni labaratoriya, yeni materialların və istehsal üsullarının sınaqdan keçirilməsinə, iPhone və digər məhsulların intensiv fiziki fəaliyyətdən sərt temperaturlara qədər ekstremal şəraitə tab gətirə bilməsini təmin edəcək. Laboratoriyanın hazırlığı, Apple-ın payızda buraxılması gözlənilən iPhone 16 seriyasının istehsalını artırdığı kritik bir vaxta təsadüf edir.

Shenzhen-in seçimi Apple-ın bir çox təchizatçılarına yaxın olması səbəbindən vacibdir. Apple, mart ayında yeni laboratoriya üçün planlarını açıqlayıb. Çin, Apple üçün mühüm istehsal mərkəzi olaraq qalır. Shenzhen-dəki yeni labaratoriya, Pekin, Şanghay və Suzhou-dakı tədqiqat və inkişaf mərkəzlərini əhatə edən genişlənmənin bir hissəsidir. Məlumatlara görə, Apple, bu obyektlərə 1 milyard yuandan çox sərmayə qoyub.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
