Logo
    main-post-cover

    Apple-ın Çindəki fabriki blokadaya alınıb!

    Digər
    11.10.2024
    Farid

         Smartfon dünyasının ən böyük adı olan Apple, iPhone istehsalının böyük bir hissəsini Çində həyata keçirir. Ancaq xüsusilə Çin və Tayvan arasındakı gərgin vəziyyət, böyük şirkətlərin fəaliyyət sahələrinə də mənfi təsir edir.

         iPhone istehsalının əsas hissəsini təmin edən Foxconn-un Zhengzhou zavodunda zaman-zaman maraqlı hadisələr baş verir. Xüsusilə koronavirus dövründə "insanlıqdan kənar" olduğu iddia edilən iş şəraiti, həmin dövrdə fabrikin adının tez-tez gündəmə gəlməsinə səbəb olmuşdu. Lakin bu gün ortaya çıxan son məlumat, Apple-ın bazardakı vəziyyətinə mənfi təsir edə bilər. The Wall Street Journal-da yer alan xəbərə görə, Çin, iPhone fabriki kimi tanınan Foxconn-un Zhengzhou zavodunda işləyən 4 tayvanlı işçini həbs edib.
         Təbii ki, bu həbs qərarından sonra şayiələr də sürətlə yayılmağa başlayıb. Çindəki hakimiyyət orqanlarına görə, bu qərar çox böyük ehtimalla siyasi bir addımdır. Hökumət rəsmiləri həbslə bağlı səbəbi açıqlamayıb. The Wall Street Journal-ın paylaşımında isə bunun "işçilərin etimadından sui-istifadə cinayəti ilə bağlı ola biləcəyi" qeyd edilib. Digər tərəfdən, Apple və Foxconn hələ ki, bu barədə açıqlama verməyib. Bazarda maliyyə itkisi yaşanmaması Apple üçün müsbət bir hal kimi görünsə də, Çin və ABŞ arasındakı gərginliyin yaxın günlərdə Apple-a mənfi təsir etməsi gözlənilir. Bu hadisə, prosesi başladan ilk addım ola bilər.
    Paylaş