Logo
    main-post-cover

    Apple, iPhone istehsalında artıq daha az insan əməyindən istifadə edəcək!

    Digər
    25.06.2024
    Aslan

         Apple, iPhone istehsalı prosesində böyük bir dəyişikliyə qərar verib. Belə ki, artıq avtomatlaşdırmaların sayı artırılarkən, iPhone istehsalında iştirak edən insanların sayı azaldılacaq.

         Əslində, hər şey COVID-19 ilə əlaqəli karantinlərin və Çindəki etirazların Apple-ın Foxconn kimi əsas təchizatçılarına təsir etməsilə başladı. Bu hadisələr, istehsal proseslərində fasilələrə səbəb oldu və Apple, iPhone və digər məhsulları asanlıqla istehsal etmək üçün alternativ həll yolları axtarmağa başladı və bu nöqtədə robotlar və avtomatlaşdırma sistemləri ideyası yarandı.
         Apple, robot texnologiyaları və süni intellektlə dəstəklənən avtomatlaşdırma sistemlərindən istifadə edərək istehsal xəttində böyük dəyişikliklər etməyi planlaşdırır. Yeni dəyişikliklərə əsasən iPhone hissələrinin böyük əksəriyyəti ən müasir robotlar tərəfindən dəqiqliklə yığılacaq. Bu, nəinki istehsal xərclərini azaldacaq, həm də məhsulun ardıcıllığını artıracaqdır. Avtomatlaşdırma qərarı yalnız iPhone istehsalında deyil, digər Apple məhsullarının yığılmasında da istifadə olunacaq. Robotların və süni intellekt sistemlərinin inteqrasiyası istehsal proseslərini sürətləndirəcək və tədarük zəncirindəki fasilələri minimuma endirəcək. Bundan əlavə, bu texnologiyalarla daha davamlı və ekoloji cəhətdən təmiz istehsal prosesi mümkün olur.
         Əlbəttə ki, avtomatlaşdırmada belə böyük dəyişiklik bəzi narahatlıqları da gətirib, çıxarır. iPhone da daxil olmaqla bütün Apple məhsullarında işçi qüvvəsinə ehtiyacın azalması əmək bazarında müəyyən dalğalanmalara səbəb ola bilər. Lakin bu dəyişikliklər, həmçinin robotların və süni intellekt sistemlərinin saxlanması, proqramlaşdırılması və idarə olunması kimi digər yeni iş yerlərinin də yaranmasına şərait yaradacaq.
    Paylaş