Logo
    main-post-cover

    Apple Watch funksiyalarının yaradıcısı vəzifəsindən ayrılır

    Digər
    02.04.2026
    Sevinj
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Apple şirkətinin Fitness xidmətləri üzrə vitse-prezidenti və Apple Watch-un əsas sağlamlıq funksiyalarının yaradıcılarından biri olan Jay Blahnik bu ilin iyul ayında vəzifəsindən ayrılacağını açıqlayıb. O, şirkətdə təxminən 13 il çalışdıqdan sonra təqaüdə çıxmaq qərarı verdiyini bildirib.
    Apple Fitness+ executives talk about the service's ambition, and  post-pandemic future | AppleInsider
        Məlumata görə, Blahnik əməkdaşlara göndərdiyi məktubda işdən ayrılma səbəbi kimi ailəsi ilə daha çox vaxt keçirmək və Nyu-Yorka köçmək planlarını göstərib. Lakin onun istefası son illərdə ətrafında yaranmış qalmaqallı iddialardan sonra baş verir. Belə ki, 2024-cü ildə yayılan məlumatlarda Blahnikin bəzi əməkdaşlara qarşı kobud, manipulyativ və uyğun olmayan davranışlar sərgilədiyi, iş mühitində psixoloji təzyiq yaratdığı iddia olunurdu. Bildirilir ki, 2022-ci ildən sonra onun rəhbərlik etdiyi təxminən 100 nəfərlik komandada 10-a yaxın əməkdaş psixi sağlamlıq problemləri səbəbilə uzunmüddətli məzuniyyət götürüb.
    İddialardan biri ilə bağlı bir əməkdaş həm Blahnikə, həm də Apple şirkətinə qarşı məhkəmə iddiası qaldırıb və işin 2027-ci ildə məhkəmədə baxılması planlaşdırılır. Apple şirkəti daxili araşdırma aparsa da, rəsmi olaraq Blahnik tərəfindən hər hansı qanun pozuntusu aşkar edilmədiyini açıqlayıb. Bununla belə, bəzi əməkdaşlar şirkətin işçilərin problemlərini həll etməkdən daha çox tanınmış rəhbər şəxsin imicini qorumağa çalışdığını iddia ediblər.
    Paylaş