Artıq Rusiya da Şimali Koreya kimi qlobal internetlə əlaqəsini dayandıracaq!
Digər
13.12.2024
Farid Pardashunas
Rusiya, addım-addım özünü qlobal internetdən ayırmağa doğru irəliləyir. Yeni hesabatlar onu göstərir ki, bu istiqamətdə testlər davam edir və əksər VPN-lər məhdudiyyətləri aşa bilmir.
Rusiya, uzun müddətdir planlaşdırdığı "suveren internet" sisteminə bir addım daha yaxınlaşıb. Ölkənin rabitə orqanı Roskomnadzor son günlərdə bəzi bölgələrdə xarici internet saytlarını və tətbiqləri bloklayaraq bu sistemi sınaqdan keçirib. Bənzər bir sistem Çində “Great Firewall” adı altında istifadə edilir, lakin Çin sakinləri VPN-lər vasitəsilə bu məhdudiyyətləri keçə bilirlər. Rus istifadəçilər isə VPN istifadə etsələr də belə, məhdudiyyətləri aşa bilmirlər, bu isə daha çox Şimali Koreyadakı vəziyyətə bənzəyir.
ABŞ mərkəzli Study of War (ISW) adlı qeyri-hökumət təşkilatının məlumatına görə, testlər Dağıstan, Çeçenistan və İnquşetiya bölgələrində keçirilib. Bu bölgələrdə yaşayan istifadəçilər WhatsApp, Telegram, YouTube və Google kimi populyar xidmətlərə daxil olmaqda ciddi çətinliklərlə üzləşiblər. Hətta Rusiyanın aparıcı internet təminatçılarından olan Yandex-in bəzi xidmətləri belə bu vəziyyətdən təsirlənib. Rusiyanın rəqəmsal hüquqlar təşkilatı Roskomsvoboda bildirib ki, test zamanı VPN-lərin böyük əksəriyyəti işə yaramayıb, lakin bəzi VPN-lərin hələ də giriş imkanı verdiyi qeyd edilib. Bununla belə, həmin VPN-lərin sayı və adları açıqlanmayıb. Son zamanlar Rusiya VPN istifadəsinə qarşı təzyiqləri artırıb. Hazırda ölkədə azı 197 VPN xidməti qadağan olunub və bu xidmətlərin əksəriyyəti Rusiyadakı Apple App Store-dan çıxarılıb.
Bundan əlavə, mart ayında qəbul edilən qanuna əsasən, internet məhdudiyyətlərini keçmək üçün məlumat yayma aktları cinayət hesab edilir. Bu qanun, VPN istifadəsinə dair məlumatların paylaşılmasını da əhatə edir. Təbii ki, bütün bunlar insan hüquqlarının pozulması kimi qiymətləndirilir. Rusiyanın suveren internet planlarının əsası Ukraynanın işğalından daha əvvəl, Krımın ilhaq edildiyi dövrə gedib, çıxır. 2019-cu ildə ölkə, federal və kommersiya telekommunikasiya operatorlarının Rusiyanı internetdən effektiv şəkildə ayırıb-ayıra bilməyəcəyini və DNS yaddaşından istifadə edərək yerli xidmətlərə giriş imkanı təmin edib-edə bilməyəcəyini yoxlamaq üçün bir sıra testlər həyata keçirib.
2022-ci ildə Ukraynaya müdaxilədən sonra Qərb şirkətlərinin tətbiq etdiyi sanksiyalar və məhdudiyyətlər nəticəsində Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi belə bir planlarının olmadığını bildirmişdi. Lakin Rusiyanın yaratdığı RuNet-in internetin qalan hissəsindən tamamilə ayrılması getdikcə daha real görünür. Bildirilir ki, Rusiya son dövrlərdə internet trafikini məhdudlaşdırmağa yönəlmiş texniki imkanlarını inkişaf etdirmək üçün təxminən 648 milyon dollar sərmayə qoyub. Eyni zamanda, Rusiyalı istifadəçiləri Qərb sosial media platformalarından uzaqlaşdıraraq hökumətin daha asan nəzarət edə biləcəyi yerli platformalara yönəltməyi davam etdirir. Dekabrın 7-də isə Roskomnadzor Amazon Web Services (AWS), GoDaddy və HostGator kimi 8 xarici veb-hosting təminatçısını Rusiyanın senzura qanunlarına əməl etmədikləri üçün qadağan etməklə hədələyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Rusiyadan Google-a 20.000.000.000.000.000.000.000.000.000.000.000 dollar dəyərində cərimə!
Rusiyadan Google-a 20.000.000.000.000.000.000.000.000.000.000.000 dollar dəyərində cərimə!
Rusiya, Google-ı keçmişdəki məhkəmə işləri ilə əlaqədar cəzalarla birlikdə 20 desilyon dollardan çox bir məbləğdə ciddi bir cəriməyə məhkum edib.
NATO, interneti sualtından peyklərə yönləndirəcək!
NATO, interneti sualtından peyklərə yönləndirəcək!
Bloomberg, NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) rabitə sistemləri üçün mümkün hücumlara qarşı sistem qurmağı planlaşdırdığını açıqlayıb. Bu sistem, internet məlumat axınını və trafiki su altından peyklərə yönəldəcək.
Apple, Rusiyada "tələb üzrə" VPN tətbiqlərini silməyə başlayıb!
Apple, Rusiyada "tələb üzrə" VPN tətbiqlərini silməyə başlayıb!
Apple şirkəti, Rusiyanın telekommunikasiya tənzimləyicisi Roskomnadzor-un tələbi ilə Rusiya App Store-dan VPN proqramlarını silməyə başlayıb. Bəs, niyə Rusiyada VPN qadağandır?
ABŞ rəsmisi "nüvə silahları süni intellektin nəzarətində olmamalıdır" deyə Çin və Rusiyaya xəbərdarlıq edib!
ABŞ rəsmisi "nüvə silahları süni intellektin nəzarətində olmamalıdır" deyə Çin və Rusiyaya xəbərdarlıq edib!
ABŞ-ın yüksək rütbəli rəsmisi Çin və Rusiyaya xəbərdarlıq edib ki, nüvə silahının yerləşdirilməsi ilə bağlı qərarlar heç vaxt süni intellekt tərəfindən deyil, yalnız insanlar tərəfindən verilməlidir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!