“ASAN xidmət” əlilliyi olan şəxslər üçün rəqəmsal məlumatlandırma layihəsinə başlayıb
“ASAN xidmət” və “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi birgə “Hər kəs üçün ASAN” sosial layihəsinə start verib.
Technote.az xəbər verir ki, layihə dövlət xidmətlərinə çıxışın genişləndirilməsinə yönəlib.
Layihə çərçivəsində dövlət xidmətləri ilə bağlı məlumatlandırıcı videolar hazırlanacaq. Bu videolar “ASAN xidmət”in sosial media hesablarında paylaşılacaq.
Videolar surdotərcümə, yəni işarət dili ilə təqdim ediləcək. Burada müxtəlif xidmətlər, müraciət qaydaları və mövcud imkanlar izah olunacaq.
Məqsəd eşitmə və nitq məhdudiyyətli şəxslərin məlumatlara daha rahat çıxışını təmin etməkdir. Bu yanaşma xidmətlərin əlçatanlığını artırır.
Qeyd edilib ki, “ASAN xidmət” fəaliyyətində sosial həssaslıq və vətəndaş məmnuniyyəti prioritetdir. Xidmətlərin hər kəs üçün əlçatan olması əsas istiqamətlərdən biridir.
Paylaş