Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!
Digər
05.07.2024
Emil
Çexiyanın Brno şəhərində proqramlaşdırma üzrə Mərkəzi Avropa İnformatika Olimpiadası (CEOI 2024) keçirilib. 11 ölkədən 60-a yaxın məktəblinin qatıldığı bilik müsabiqəsində Azərbaycan uğurla təmsil olunub. Belə ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi 10-cu sinif şagirdi Tahir Əliyev bürünc medal əldə ediblər.
1994-cü ildən etibarən keçirilən CEOI regionda ən nüfuzlu proqramlaşdırma yarışmalarından biri hesab olunur. Müsabiqə xüsusi olaraq iştirakçıların alqoritmik məsələlərin həlli, analitik düşüncə və proqramlaşdırma bacarıqlarını dəyərləndirilir.
Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom”-un Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ölkəmizi uğurla təmsil edərək ümumilikdə 72 medal qazanıblar.
Şagirdlərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik!
Paylaş
Bənzər xəbərlər
Digər
“Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu
Azercell-in Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi sosial kampaniya 1000-dən çox müsabiqə iştirakçısı arasında qalib seçilib
Digər
Azercell yeni Smartfon kampaniyasını təqdim edir!
Xüsusi təklif çərçivəsində abunəçilərə 12 ay boyunca 1GB internet paketi hədiyyə ediləcək
Digər
Azercell-in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub
Beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər üçün xüsusi təlimlər təşkil olunub
Digər
Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib
Lider mobil operator ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılması standartına uyğunluq sertifikatı əldə edib
Digər
700-dən çox gənc doğru yolu seçdi!
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi öz töhfəsini verir!
Ən çox oxunanlar