
“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır
Digər
05.02.2025
Emil
2024-cü il ərzində Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə (AUQX) ümumilikdə 3635 müraciət daxil olub. 24/7 rejimdə müraciətlərin qəbulunu təmin edən xidmət uşaqların və ailələrin problemlərinə operativ dəstək göstərib.
Daxil olan sorğuların ilkin emalından sonra 140 ailə ilə fərdi görüşlər təşkib olunub, bu ailələrin uşaqları ilə sosial-psixoloji reabilitasiya işləri həyata keçirilib, hüquqi, psixoloji və psixososial yardım göstərilib. Həmçinin daxil olan müraciətlərə əsasən 62 məktəb və ailəyə təcili-təxirəsalınmaz səfərlər təşkil edilib.
Zənglərin təsnifatına gəldikdə, hesabat ilində AUQX-ə daxil olan müraciətlərin əksəriyyəti uşaqların hüquqlarının qorunması, psixoloji dəstək və sosial problemlərin həlli ilə bağlı olub. Belə ki, hüquqi sahə ilə bağlı 1090, psixoloji problemlərlə əlaqəli 618, sosial sahəyə aid 364, təhsil üzrə 290, səhiyyə üzrə 73 müraciət daxil olub. Digər zənglər isə ümumi xarakterli suallar, xidmət haqqında məlumat sorğuları və digər müxtəlif mövzularla əlaqəli olub.
Müraciətlərin 1999-u kişilər tərəfindən, 1236-sı qadınlar tərəfindən, 400-ü isə anonim şəkildə edilib. Zənglərin yaş təsnifatına əsasən, onların 2799-u 18 yaşdan yuxarı, 436-sı isə 18 yaşdan aşağı uşaqlardan gəlib, qalan müraciətlər anonim olub.
Xidmət fəaliyyətini müvafiq dövlət qurumları və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıqda həyata keçirir. Eyni zamanda hər il əhalinin məlumatlılığının artırılması, qaynar xəttə daha çox diqqətin cəlb edilməsi, uşaq və yeniyetmələr üçün əlçatanlığın təmin edilməsi məqsədilə qaynar xətt xidmətinin əməkdaşları tərəfindən müxtəlif maarifləndirilmə tədbirləri həyata keçirilir.
“Uşaq Qaynar Xətt”i 116111 qısa nömrəsi, 4 mobil xətt (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80), elektron poçt (ushaqqaynarxetti@gmail.com), Facebook və Instagram sosial şəbəkələri, “uşaqqaynarxetti” mobil tətbiqi, həmçinin AUQX veb-saytındakı canlı çat üzərindən xidmət göstərir.
“Azercell Telekom” MMC fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.
Paylaş
Bənzər xəbərlər

Digər
Azercell-dən “Gənclər Günü”nə özəl təklif!
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim

Digər
Azercell-in dəstəyi ilə Bakıda “Dayanıqlı İnkişaf” hakatonu keçirildi
Gənclər ətraf mühitin mühafizəsinə yönəlmiş texnoloji həllərini təqdim ediblər

Digər
Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir
“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi start götürüb.

Digər
Azercell “AI Chat Bot” artıq iOS istifadəçilərinin də xidmətində
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər

Digər
Azercell-in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir
Lider mobil operator şagird və valideynləri virtual məkanda təhlükəsiz davranış qaydaları ilə tanış edir
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
