Logo
    main-post-cover

    Azərbaycanda internetin sürəti: son göstəricilər açıqlandı

    Digər
    25.04.2026
    Farid
        Mart ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 91,37 Mbps olub. Bu göstərici ilə ölkə fevral ayı ilə müqayisədə 1 pillə geriləyərək 153 ölkə arasında 81-ci yerdə qərarlaşıb.
        Technote.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, illik müqayisədə artım müşahidə olunub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə internet sürəti 24 faiz yüksəlib.
        Reytinqdə Azərbaycan bir sıra ölkələri geridə qoyub. Siyahıda Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan da daxil olmaqla bir neçə ölkə Azərbaycanın gerisində qərarlaşıb.
        Paytaxt Bakı üzrə də göstəricilər açıqlanıb. Şəhər sabit genişzolaqlı internet sürətinə görə 91,45 Mbps nəticə ilə 202 şəhər arasında 114-cü yeri tutub. Bu, əvvəlki ayla müqayisədə 1 pillə geriləmə deməkdir.
        Mobil internet sahəsində isə Azərbaycan mövqeyini qoruyub. Ölkə 95,43 Mbps sürətlə 105 ölkə arasında 50-ci yerdə qərarlaşıb.
        Bakı şəhərində mobil internetin sürəti 115,92 Mbps olub. Paytaxt bu göstərici ilə 153 şəhər arasında 83-cü yeri tutaraq əvvəlki aya nisbətən 1 pillə geriləyib.
    Paylaş