Azərbaycanda Azercell-in dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurla başa çatdı
Digər
23.11.2024
Emil Nəcəfov
13-14 noyabr tarixlərində Bakıda "Azercell Telekom" MMC-nin dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurla yekunlaşdı. İqlim dəyişikliklərinə həsr olunmuş qlobal tədbirlərin önəmli bir hissəsi olan bu forum biznes, maliyyə, dövlət qurumları və qeyri-hökumət təşkilatlarından 1000-ə yaxın sahə liderini bir araya gətirməyə müvəffəq oldu. Forum iqlim problemlərinin həlli, davamlı inkişaf təşəbbüsləri və innovativ həllərin müzakirəsi üçün effektiv platforma rolunu oynadı.
Forumun əsas sessiyalarının birində Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva iştirak etdi. Davamlı İnnovasiya Forumunun sədri Nik Qovinqin moderatorluğu ilə keçirilən sessiyada Ş. Əliyeva Azercell-in ESG strategiyası haqqında danışaraq şirkətin davamlı inkişaf sahəsindəki məqsəd və nailiyyətlərini vurğuladı. Şirin Əliyeva Azercell-in bərpa olunan enerji mənbələrindən istifadəyə və enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələri barədə məlumat verdi.
Ş. Əliyeva Azercell-in 2017-ci ildən iqlim dəyişikliyinə dair tədbirlər gördüyünü və ölkə ərazində yaşıl texnologiyaların tətbiqinə başladığını bildirdi. Təkcə Qarabağda lider mobil operatorun 35 yaşıl baza stansiyasının fəaliyyət göstərdiyi və onların enerji tələbatının 60%-i bərpa olunan enerji hesabına qarşılandığı qeyd edildi. Eyni zamanda, Şirin xanım baza stansiyalarının enerji istehlakını optimallaşdıran proqram təminatı vasitəsilə resurslardan səmərəli istifadənin təmin edildiyini də vurğuladı.
Şirkətin qlobal iqlim təşəbbüslərində, o cümlədən BMT-nin Qlobal Sazişi və GSMA-nın İqlim Fəaliyyəti üzrə İşçi Qrupunda fəal iştirakı da qeyd olundu. Bildirildi ki, bununla Azercell digər bazar iştirakçılarını da ətraf mühitə dair öhdəliklərini artırmağa təşviq edir.
Azercell-in sosial məsuliyyət təşəbbüslərinə də xüsusi diqqət yetirildi. Şirkətin yaşıl ofis siyasəti və tullantıların idarə edilməsi təşəbbüsləri vurğulandı, 2022-2023-cü illər arasında şirkətin su istehlakını 27% azaltmağa nail olduğu bildirildi. Bundan əlavə, Azercell-in qadın və uşaqların müdafiəsi, onların cəmiyyətə inteqrasiyasını dəstəkləməyə yönəlmiş təşəbbüsləri gündəmə gətirildi. Bu çərçivədə “Qadın Qaynar Xətti” və “Uşaq Qaynar Xətti” kimi sosial əhəmiyyətli proqramlar və Cüdo Federasiyası ilə tərəfdaşlıq layihələri haqqında məlumat verildi.
Forumda dinamik panel müzakirələri, interaktiv dialoqlar, əsas çıxışlar, eləcə də qlobal iqlim və sənaye liderləri ilə canlı mübadilələr yer aldı. Tədbir iştirakçıları təbiətə müsbət təsir edən, karbonsuz iqtisadiyyata keçidi sürətləndirəcək strategiyaları paylaşdılar.
Azercell-in forumda fəal iştirakı şirkətin innovasiya və texnologiyalar vasitəsilə qlobal iqlim fəaliyyətinə təkan verməyə sadiq olduğunu bir daha nümayiş etdirdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell-dən “Möhtəşəm Cümə” endirimləri
Azercell-dən “Möhtəşəm Cümə” endirimləri
Lider mobil operatordan “HONOR” cihazları əldə edən abunəçilərə “SuperSən 10GB” tarif paketinə 75 % endirim!
Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçildi!
Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçildi!
Lider operatorun Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi sosial kampaniyalar bir sıra nominasiyalar üzrə Türkiyənin ən prestijli reklam mükafatlarından olan Felis-ə layiq görülüb
Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar
Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar
Azercell Cup 2024 proqramlaşdırma müsabiqəsinin qalibləri üçün beynəlxalq olimpiadalara hazırlıq dərsləri başlayıb.
Azercell-dən Zəfər Gününə özəl təklif
Azercell-dən Zəfər Gününə özəl təklif
Lider mobil operatordan “HONOR” cihazları əldə edən abunəçilərə “SuperSən6GB” tarif paketinə iki aylıq abunəlik hədiyyə
Azercell “Tələbələrin Akselerasiya Proqramı” üzrə layihə tərəfdaşı qismində çıxış edir
Azercell “Tələbələrin Akselerasiya Proqramı” üzrə layihə tərəfdaşı qismində çıxış edir
Mobil operator “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” proqramı çərçivəsində fiziki məhdudiyyətli şəxslər üçün xüsusi təlimlər təşkil edib
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!