
Azərbaycanlılar tərəfindən təsis edilmiş 'Maliyya' startapı regionun aparıcı - 'Fintech Hive' akseleratoruna qəbul oldu
Ölkə xaricində yaşayan və fəaliyyətini davam etdirən təşəbbüskarlarımızın xoş xəbərləri gəlməkdə davam edir. Bundan əvvəl İngiltərədə "Onedome" startapı ilə 4 milyon dollar investisiya cəlb edən həmyerlilərimiz barədə məlumat vermişdik. Bu dəfə daha bir xoş xəbər Dubaydan gəldi. Ramil Məhərrəmov və Cəfər Babayev tərəfindən təsis edilən "Maliyya" startapı regionun öndəgələn akseleratorlarından biri - "Fintech Hive"a qəbul olunub.
Yerli təşəbbüskarlar tərəfindən təsis edilən "Maliyya" P2P (peer to peer/şəxdən - şəxsə) prinsipinə əsaslanan investorlarla, borcalanları bir araya gətirən və maliyyə xidmətləri sahəsində inqilab etməyi planlaşdıran startapdır.
Akselerator proqramı Accenture şirkəti ilə bərabər həyata
keçirilməklə regionun maliyyə xidmətləri sənayesinin ehtiyaclarını ödəmək üçün
yeni nəsil texnologiya liderlərini və sahibkarları bir araya gətirir. Proqram
2017-c il Avqust ayının 21-də balşayır və
3 ay müddətində dünyanının aparıcı beynəlxalq və yerli maliyyə
qurumları, texnologiya və hüquq şirkətləri tərəfindən startaplara sıx texniki
və məsləhət dəstəyini təmin edir. “Maliyya” startupı, VİSA, CITI Bank, Standard
Chartered, Dubay İslam İqtisadiyyatını İnkişaf Mərkəzi, Dubay Islam Bankı, Abu Dabi
İslam Bankı, HSBC, Maşreq Bankı, Rakbank, Emirates National Bank, İBM, Facebook,
Legal Support, Simons&Simons, Clyde & Co kimi aparıcı şirkətlər tərəfindən
bu müddət ərzində dəstəklənəcəkdir.
Maliyya startapı Ramil Məhərrəmov və Cəfər Babayev tərəfindən
təsis edilmişdir.Hər iki təsisçi ABŞ və Avropanın aparıcı biznes məktəblərində
təhsil almışlar. Onların mencement konsaltinq, investisiyaların idarəedilməsi,
hüquqi məsləhət, İslam Bankçılığı, strateji idarəetmə və biznesin inkişafı üzrə
30 ildən çox təcrübələri vardır.
Paylaş
Bənzər xəbərlər