Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Digər
19.04.2024
Farid Pardashunas
Ölkənin lider mobil operatoru Azercell qürur hissi ilə yeni BİQ - Böhran İdarəetmə Qrupu layihəsini elan edir.
“Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında həyata keçirilən layihənin məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi, bərpa müddətinin maksimum qısaldılması, ölkə əhəmiyyətli tədbirlərdə etibarlı rabitənin təmin edilməsidir.
BİQ layihəsi Azərbaycan Respublikasının Kosmik Agentliyi, “Aztelekom” və “Baktelekom” MMC-nin tərəfdaşlığı ilə həyata keçirilir. Artıq bu şirkətlərin texniki heyətləri Azercell tərəfindən təşkil olunmuş təlimlərdə uğurla iştirak ediblər. Həmçinin layihə çərçivəsində böhran və fövqəladə hallar zamanı qəza-bərpa tədbirlərinin çevik şəkildə yerinə yetirilməsi üçün tərəfdaşlarla birlikdə operativ qruplar və texniki infrastruktur da yaradılıb. Məqsəd ölkə ərazisində baş verə biləcək böhran və təbii fəlakətlər zamanı birgə addımlar atmaq üçün öncədən təşkilatlanmaqdır.
BİQ layihəsi yalnız Azərbaycanda deyil, həm də Qafqaz regionunda və Türk dövlətləri ərazisində böhran və fövqəladə halların fəsadlarının aradan qaldırılması üçün geniş imkanlar yaradır.
Qeyd edək ki, bu layihənin ərsəyə gəlməsinə səbəb Prezident İlham Əliyevin Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etməsi olub. Fövqəladə Zirvə görüşünün sonunda Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalanıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell-in dəstəyilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək
Azercell-in dəstəyilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
Ölkənin lider telekommunikasiya şirkəti 5 tələbəyə təcrübə keçmək imkanı təqdim edəcək
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
“M360 Eurasia 2024” Bakıda qabaqcıl texnoloji şirkətlərin liderlərini yenidən bir araya gətirəcək
Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır
Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır
Ölkənin ən böyük vergi ödəyicilərindən biri olan Azercell 2023-cü ildə dövlət büdcəsinə 167 milyon AZN, 27 il ərzində isə ümumilikdə təxminən 2,4 milyard AZN ödəniş edib, ölkədə telekommunikasiya sahəsinin inkişafına 94 milyon ABŞ dolları, 1996-2023-cü illər ərzində isə 1.9 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.
“Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutacaq
“Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutacaq
May ayının 5-i Heydər Əliyev Fondunun təşəbbüsü, “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu - 2024” keçiriləcək.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!