Azercell Füzulidə!
Digər
19.02.2024
Emil
“Azercell Telekom” MMC azad edilmiş ərazilərin yenidən qurulması və bərpası istiqamətində aparılan işlərə öz töhfəsini verməyə davam edir. Şirkət Füzulidə telekommunikasiya xidmətləri göstərən ilk və yeganə rəsmi mağazanı təqdim edir.
Füzuli şəhərinin mərkəzində, Heydər Əliyev prospektində yerləşən Azercell-in satış və xidmət məntəqəsində nömrə ilə bir çox əməliyyatları rahatlıqla həyata keçirmək mümkündür. Ən müasir avadanlıqla təmin edilmiş mağazada həmçinin, gündəlik istifadə üçün nəzərdə tutulmuş bir sıra cihazları, eləcə də smartfonları kredit və ya nağd şəkildə əldə etmək də olar.
Xatırladaq ki, Qarabağda ilk mobil şəbəkə infrastrukturunu qurmaqla yanaşı, burada müştəri xidmətləri mərkəzini və rəsmi diler mağazasını açan ilk mobil operator məhz Azercell olub. Şirkət Şuşa şəhərində Eksklüziv ofisini, Zəngilanın Ağalı kəndində və Laçında isə diler mağazalarını istifadəyə verib. Eyni zamanda, Azercell bu günə kimi azad edilmiş ərazilərdə 150-yə yaxın 4G baza stansiyasını və bir neçə günəş enerjisi ilə çalışan “yaşıl” stansiyaları işə salıb.
Paylaş
Bənzər xəbərlər
Digər
“Azercell Biznes” tətbiqinin funksional imkanları genişləndirildi!
Yenilənmiş “Azercell Biznes” ilə korporativ nömrələrə mərkəzləşdirilmiş nəzarət indi daha asan oldu!
Digər
Azercell abunəçilərinin nəzərinə (DƏLƏDUZLUQ)
Nəzərinizə çatdırmaq istərdik ki, bəzi abunəçilər son zamanlar “Azercell Telekom” MMC adından saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur.
Digər
“Təhlükəsiz internet” layihəsi Quba və Lənkəran məktəblərində
Azercell-in həyata keçirdiyi layihə bölgə əhalisini onlayn təhlükələr haqqında maarifləndirir.
Digər
10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görülüb
Azercell “Tələbə Təqaüdü 2024” proqramının qaliblərini açıqlayıb
Digər
“Wikipedia”da azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib
“Azercell”in dəstək olduğu “WikiTeam for ICT” layihəsi çərçivəsində “Wikipedia”ya İKT ilə bağlı azərbaycan dilində 600-dən çox məqalə daxil edilib.
Ən çox oxunanlar