Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Digər
29.03.2024
Emil
23-26.03.2024-cü il tarixlərində Şəmkir rayon, Kimya-biologiya təmayüllü liseydə informatika fənnindən beynəlxalq olimpiadalara intensiv hazırlıq məşğələləri təşkil edilib. İntensiv kamp müddətində şagirdlər hər gün beynəlxalq olimpiada formatında yarışlara qoşulub, tapşırıqların izahı sessiyalarında iştirak ediblər. Kamp olimpiadalara hazırlıq komandalarının təlimçiləri, həmçinin öncəki illərdə ölkəmizi müxtəlif müsabiqələrdə uğurla təmsil etmiş məzunların iştirakı ilə keçib.
İnformatika fənni üzrə olimpiadalara hazırlıq prosesi Azercell-in dəstəyi ilə həyata keçirilir. “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı müddətində məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə ölkəmizi uğurla təmsil edərək 4 qızıl, 16 gümüş və 40 bürünc olmaqla ümumilikdə 60 medal əldə ediblər.
Paylaş
Bənzər xəbərlər
Digər
Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu
“Azercell Telekom” və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı sayəsində ölkənin İT olimpiadası üzrə milli komandası yüksək nəticələr nümayiş etdirir
Digər
Azercell “Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verdi
Layihə çərçivəsində ilk təlim qadın cəzaçəkmə müəssisəsində baş tutdu
Digər
Azercell Xankəndidə!
Lider mobil operator Qarabağda növbəti xidmət mərkəzini istifadəyə verir
Digər
Azercell Biznes “Mobil komandanın idarə edilməsi” həllini təqdim edir
Yeni həll çoxşaxəli sahə işlərinin təşkili, idarəsi və nəzarətdə saxlanılmasında şirkətlərin fəaliyyətini asanlaşdıracaq, rəqəmsal mühitə keçidi sürətləndirəcək
Digər
Yeni “SuperSən” tarifində daha çox internet, ölkədaxili zəng və daha çox seçim imkanı!
Azercell abunəçiləri balanslaşdırılmış mobil internet və danışıq dəqiqələrini yeni “SuperSən” tarifində əldə edəcəklər
Ən çox oxunanlar