main-post-cover

    Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir

    Digər
    27.08.2024
    Emil Nəcəfov
         Azercell Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq qadınların ictimai həyatda fəallığının artırılmasını hədəfləyən sosial layihə müsabiqəsini elan edir. Müsabiqənin məqsədi qadınların cəmiyyətdə mövqeyinin yaxşılaşdırılmasına, həmçinin maddi-mənəvi rifahının artırılmasına dəstək olmaqdır.  
    Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı mövzulardan birini əhatə etməlidir:
    • Müxtəlif istiqamətlər üzrə qadınların bilik və bacarıqlarının təkmilləşdirilməsi;
    • Qadınlara sahibkarlıq və biznes fəaliyyətinə dair praktiki biliklərin aşılanması;
    • Texnoloji və innovativ sahədə qadınlarda yeni bacarıqların formalaşdırılması;
    • Qadınların hüquq və maliyyə savadlılığının artırılması;
    • Qadınlar arasında sağlam həyat tərzinin təbliğ edilməsi. 
         Seçim zamanı rəqəmsal mühitin inkişafına, inklüzivliyin təmin edilməsinə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsinin yüksəldilməsinə dəstək olan layihələrə üstünlük veriləcək. Layihələrin geniş hədəf qruplarına faydalı olmasına, eyni zamanda davamlı şəkildə həyata keçirilməsinə önəm veriləcək.
        Layihələrin qiymətləndirmə prosesinin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə müsabiqəyə təqdim olunan təklifləri ölkənin bu sahələrdə ixtisaslaşmış ekspertlərindən ibarət münsiflər heyəti dəyərləndirəcək. 
        Müsabiqə çərçivəsində iki qalib layihə seçiləcək ki, hər birinin həyata keçirilməsi üçün Azercell tərəfindən 5.000 AZN-dək qrant ayrılacaq.* 
         Qeyd edək ki, müsabiqədə yalnız qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilərlər.
        Layihə təklifləri Azərbaycan dilində 27.08.24-10.09.24 il tarixləri aralığında qeyd olunmuş link üzərindən göndərilməlidir. Müraciətə layihənin həyata keçirilməsi üçün tələb olunan büdcənin detallı açıqlamasının əlavə edilməsi xahiş olunur.  
         “Azercell Telekom” MMC bütün iştirakçılara uğurlar arzu edir!
         * Qrantın məbləği münsiflər heyətinin layihə dəyərləndirməsindən asılı olaraq dəyişə bilər.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell-in dəstəyi ilə olimpiadalara hazırlaşan gənclər ölkəmizə daha 3 medal qazandırıb
    azercell-in-desteyi-ile-olimpiadalara-hazirlasan-gencler-olkemize-daha-3-medal-qazandirib
    Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq
    azerbaycan-36-ci-beynelxalq-informatika-olimpiadasinda-temsil-olunacaq
    “Azercell Könüllüləri”nin xeyriyyə təşəbbüsləri davam edir
    azercell-konullulerinin-xeyriyye-tesebbusleri-davam-edir
    Azercell-in rouminq internet paketləri 90-dan çox ölkədə aktivdir
    azercell-in-rouminq-internet-paketleri-90-dan-cox-olkede-aktivdir
    Azercell-in “Kitab Klubu” Gəncədə!
    azercell-in-kitab-klubu-gencede