Azercell-in dəstəklədiyi “FarmHer” layihəsi qadınların aqrobiznes sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verir
Digər
15.01.2025
Emil
Azercell-in qadınların cəmiyyətdəki rolunun daha da gücləndirilməsi məqsədilə elan etdiyi müsabiqəsinin qalibləri layihələrinin icrasına başlayıblar. Qaliblərdən biri olan "FarmHER” proqramı kənd təsərrüfatı sahəsində çalışan qadınların bilik və bacarıqlarının inkişafına yönəlik təlimlərə start verib.
Layihənin əsas məqsədi bölgələrdə yaşayan qadınları aqrobiznes sahəsində mövcud fəaliyyət istiqamətləri ilə tanış etmək, onların iqtisadi müstəqilliyinə və rifahının artırılmasına töhfə verməkdir. Bu proqram qadınların aqrar sahədə sahibkar kimi formalaşmasına dəstək verir. Təlimlər yeni texnologiyalar, bazara çıxış, maliyyə idarəçiliyi, innovasiyalar və sahibkarlıq strategiyaları kimi mövzuları əhatə edir.
Qeyd edək ki, bu günədək Şamaxıda yaşayan 25 qadın üçün bir neçə təlim və müxtəlif interaktiv sessiyalar təşkil olunub. Əlavə olaraq, proqram iştirakçıları layihə çərçivəsində peşəkar mentorlarla da təmin ediliblər.
Xatırladaq ki, “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin həyata keçirdiyi “Farmher” layihəsi Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”nın dörd qalibindən biridir.
Paylaş
Bənzər xəbərlər
Digər
“Azercell” tətbiqində abunəçilərə özəl təkliflər!
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər
Digər
Azercell “İşçi Rifahı 2024” mükafatına layiq görüldü
Mobil operator sənaye təhlükəsizliyi və rifah sahəsində nümunəvi fəaliyyətinə görə təltif edildi
Digər
“Azercell Könüllüləri”ndən uşaqlara bayram sevinci
Könüllülər Yeni il ərəfəsində “Bölüşək, sevindirək!” adlı növbəti xeyriyyə təşəbbüsünü həyata keçiriblər
Digər
Azercell-dən Yeni il kampaniyası!
Lider mobil operator “OPPO” və “Honor” cihazlarını əldə edən müştərilərə 3 ay boyunca 5 GB internet hədiyyə edir
Digər
“Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə olaraq “Azercell” tətbiqində!
Lider mobil operator yerli bazarda tokenləşdirilmiş balans artımını təklif edən ilk mobil operator oldu
Ən çox oxunanlar