Azercell-in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub
Digər
23.12.2024
Emil
Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
Düşərgə Avropa Qızlar İnformatika Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası və Beynəlxalq İnformatika Olimpiadası kimi mötəbər müsabiqələrə hazırlaşan məktəbliləri bir araya gətirib. Təlimlərdə Bakı və ölkəmizin müxtəlif bölgələrindən Respublika Fənn Olimpiadalarının qalibləri arasından seçilən 8-9-cu sinif şagirdləri iştirak edib.
Bir həftəlik intensiv proqram çərçivəsində iştirakçılar hər gün beynəlxalq olimpiadaların formatına uyğun yarışlara qoşulublar. Həmçinin sessiyalar zamanı təqdim olunan məsələlərin izahı aparılıb və yeni mövzular ətrafında müzakirələr keçirilib.
Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 80 medal qazanıblar.
“Azercell Telekom” MMC haqqında ətraflı məlumat üçün Azercell səhifəsinə keçid etməyinizi xahiş edirik.
Paylaş
Bənzər xəbərlər
Digər
Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edir
Yeni həll müştəri sorğularının 24/7 rejimində operativ şəkildə cavablandırır
Digər
Maliyyə və mədəniyyət bir arada: akart yeni dizaynlarını təqdim edir!
İnnovativ maliyyə həlli olan akart beynəlxalq ödəniş sistemi Visa və Milli İncəsənət Muzeyi ilə birlikdə yeni kart dizaynlarını təqdim edir. Bu tərəfdaşlıq çərçivəsində Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Tahir Salahov, Mikayıl Abdullayev, Əyyub Məmmədov, Rasim Babayev və Azərbaycanın digər görkəmli rəssamlarının sevilən əsərləri indi akart üzərində əks olunur.
Digər
2024-cü ilin son altı ayında “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub
Azercell-in təşəbbüsü ilə yaradılan xidmət çətin həyat şəraitində olan qadınlara dəstək olur
Digər
Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirildi
Ölkənin lider mobil operatoru ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikatını uğurla yeniləyib
Digər
Azercell ilə “Kinon Plus”-dan 7 gün pulsuz istifadə imkanı!
Lider mobil operatordan “Kinon” ilə dünyaca məşhur onlayn kinoteatrlar bir arada
Ən çox oxunanlar