
Azercell-in dəstəyi ilə informatika fənni üzrə "Bahar Düşərgəsi" təşkil olundu
Digər
09.04.2025
Emil
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə 23-28 mart 2025-ci il tarixlərində Şəmkir rayon Kimya-Biologiya təmayüllü liseyində "Bahar Düşərgəsi" təşkil olunub. Azercell-in dəstəyi ilə keçirilən layihənin əsas məqsədi məktəblilərin olimpiadalara hazırlıq səviyyəsini artırmaq, komanda ruhunu gücləndirmək və iştirakçılar arasında bilik mübadiləsini təşviq etməkdir.
İntensiv proqram çərçivəsində iştirakçılar hər gün beynəlxalq olimpiadaların formatına uyğun yarışlara qoşulublar. Sessiyalar zamanı təqdim olunan məsələlərin həlli izah edilib, yeni mövzular ətrafında müzakirələr aparılıb. Eyni zamanda, məktəblilər üçün sınaq imtahanları, intellektual oyunlar da təşkil olunub.
Azercell 2017-ci ildən etibarən Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində rəqəmsal savadlılığın inkişafına töhfə vermək məqsədilə gənc istedadların informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu illər ərzində həm paytaxt, həm də bölgə məktəblərinin şagirdləri müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər.
Paylaş
Bənzər xəbərlər

Digər
Ötən il Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95%-ə çatıb
Azercell-in Əlaqə Mərkəzi 2024-cü ildə telefon zəngləri, səsli virtual assistent, çat bot və onlayn çat kimi müxtəlif kommunikasiya kanalları vasitəsilə 4 milyondan çox müraciəti cavablandırıb

Digər
“Azercell Könüllüləri” bayram günlərində növbəti xeyriyyə təşəbbüsünü həyata keçirdi
“Azercell Könüllüləri” Novruz və Ramazan bayramları münasibətilə ənənəvi xeyriyyə yarmarkasını həyata keçiriblər.

Digər
"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir!
Azercell gənc istedadları informatika və proqramlaşdırma sahəsində öz bacarıqlarını sınamağa çağırır

Digər
Azercell-dən Novruz Bayramına xüsusi təklif!
Lider mobil operatordan Honor cihazlarını əldə edən müştərilərə internet və danışıq yarı qiymətə!

Digər
Azercell “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə dəstək verir
Azercell-in dəstəyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə ölkənin nüfuzlu biznes müsabiqələrindən biri olan “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə (“Azerbaijan Business Case Competition” ABCC) start verilib.
Ən çox oxunanlar

ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
