main-post-cover

    Azercell-in dəstəyilə keçirilən “Robotex Türkiyə”nin regional yarışları başa çatdı!

    Digər
    05.03.2024
    Emil Nəcəfov
         2-3 mart tarixlərində Azercell-in baş sponsorluğu və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə Bakıda keçirilən “Robotex Türkiyə”nin regional yarışları başa çatdı. Robot texnologiyaları sahəsində təşkil edilən bu silsilə festival 1500-dən çox iştirakçını öz ətrafında topladı.  
         Azərbaycan və Türkiyədən qatılan gənc iştirakçılar 2 gün ərzində robot kodlaşdırma və robot hazırlama üzrə layihələrini, eləcə də öz startaplarını təqdim etdilər. Müsabiqədə şagirdlər və tələbələrlə yanaşı, özəl müəssisələri təmsil edən yarışçılar da iştirak etdi. 19 fərqli kateqoriyada yarışan komandalardan 109 komanda qalib seçilərək növbəti mərhələyə vəsiqə qazandı. Qızların robot mühəndisliyi, innovasiya, İKT kimi sahələrə marağını daha da artırmaq məqsədilə müsabiqə çərçivəsində xanımlardan ibarət 3 komandaya xüsusi nominasiya üzrə mükafatlar da təqdim edildi.
         Yarışın növbəti mərhələsi 20-21 aprel tarixlərində Türkiyənin Antalya şəhərində  baş tutacaq. Müsabiqəyə Azərbaycan və Türkiyə ilə yanaşı, Qazaxıstandan da iştirakçılar qatılacaq. Fərqlənən komandalar Estoniyanın paytaxtı Tallində keçiriləcək beynəlxalq robot çempionatında iştirak etmək hüququ əldə edəcəklər.
         Qeyd edək ki, “Robotex Türkiyə” ölkəmizdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və AQSİA-nın dəstəyilə baş tutdu. 
         Gənclər arasında  innovasiya və yeni texnologiyaların təşviqinə yönələn təşəbbüsləri dəstəkləyən Azercell  bütün qalibləri təbrik edir,  onlara növbəti mərhələdə uğurlar arzulayır!
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell-in dəstəyilə “Robotex Türkiyə”nin regional yarışlarına start verildi!
    azercell-in-desteyile-robotex-turkiyenin-regional-yarislarina-start-verildi
    Növbəti Azercell mütəxəssisi kibertəhlükəsizlik üzrə yarışmada birinci oldu
    novbeti-azercell-mutexessisi-kibertehlukesizlik-uzre-yarismada-birinci-oldu
    Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir
    azercell-azerbaycanca-reqemsal-mezmunu-zenginlesdirmeye-davam-edir
    Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar
    azercell-in-desteklediyi-mektebliler-olkemize-medal-qazandirdilar
    İstəSən tarif paketində yeniliklər davam edir!
    istesen-tarif-paketinde-yenilikler-davam-edir