Azercell-in dəstəyilə “Robotex Türkiyə”nin regional yarışlarına start verildi!
Digər
04.03.2024
Emil Nəcəfov
Azercell-in baş sponsorluğu ilə Bakıda keçirilən “Robotex Türkiyə”- robot texnologiyaları sahəsində təşkil edilən silsilə festivalın regional yarışlarına start verildi. Açılış mərasimi Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının, Azercell prezidentinin müşaviri Okan Cimenin, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin, Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın, “Robotex Türkiyə”nin prezidenti Orhan Çevikin və digər səlahiyyətli şəxslərin iştirakı ilə baş tutdu.
Açılış mərasimində çıxış edən Okan Cimen bildirdi: “Azercell daima istedadlı gəclərin fərdi və peşəkar inkişafına dəstək olur, İKT sahəsində növbəti nəsil mütəxəssislərin yetişdirilməsinə xüsusilə önəm verir. İnanırıq ki, bu il Azərbaycanda baş tutan müsabiqə innovasiya, robot mühəndisliyi, süni intellekt kimi sahələrə marağı olan gənc istedadları üzə çıxaracaq, onların inkişafına töhfə verəcək. Tərəqqi və innovasiyaları təşviq edən bu yarışmanın tərəfdaşı olmaqdan qürur duyur, iştirakçıların yaradıcı ideyalarının şahidi olmağı səbirsizliklə gözləyirik”.
Ətrafında Azərbaycan və Türkiyədən 1500-dən çox gənc robototexnika mühəndisini toplayan “Robotex Türkiyə”nin regional yarışları 2 gün davam edəcək. İştirakçılar komandalar şəklində robot kodlaşdırma və robot hazırlama layihələri üzərində işləyəcəklər. Azərbaycanda keçirilən yarışma nəticəsində ümumilikdə 109 komanda növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq. Yarışma çərçivəsində iştirakçılar öz robotlarını yaratmaqla yanaşı, həm də startaplarını təqdim edə biləcəklər. Müsabiqədə iştirak edənlərin yaş qrupu fərqlidir: yarışmaya şagirdlər və tələbələrlə yanaşı, özəl müəssisələri təmsil edən iştirakçılar da qatılıb.
Qeyd edək ki, yarışın növbəti mərhələsi 20-21 aprel tarixlərində Antalyada baş tutacaq. Müsabiqəyə Azərbaycan və Türkiyə ilə yanaşı, Qazaxıstandan da iştirakçılar qatılacaq. Fərqlənən komandalar Estoniyanın Tallin şəhərində keçiriləcək beynəlxalq robot çempionatında iştirak üçün vəsiqə qazanacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Növbəti Azercell mütəxəssisi kibertəhlükəsizlik üzrə yarışmada birinci oldu
Növbəti Azercell mütəxəssisi kibertəhlükəsizlik üzrə yarışmada birinci oldu
Lider mobil operatorun əməkdaşı Cavid Cabbarlı “Skills Azerbaijan” milli müsabiqəsində qalib gəlib
Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir
Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir
“Litres”ə Azərbaycan dilində yeni audio-kitablar əlavə olunub
Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar
Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar
Şagirdlərimiz “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsində uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal əldə ediblər
İstəSən tarif paketində yeniliklər davam edir!
İstəSən tarif paketində yeniliklər davam edir!
Abunəçilərə WhatsApp yazışmaları üçün əlavə trafik və tarifin istifadə müddəti bitmədən öncə yeniləmək imkanı verilib.
Azercell Füzulidə!
Azercell Füzulidə!
Lider mobil operator Qarabağda xidmət mərkəzləri şəbəkəsini genişləndirir
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!