Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub
Digər
08.05.2024
Farid
Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü və Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub. Marafona 18 000-dən çox iştirakçı qeydiyyatdan keçib. Hər il ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır, iştirakçılar arasında böyük maraq və kütləviliyi ilə seçilir.
Azercell-in dəstəyilə keçirilən marafonda rəqəmsal xronometrdən (timekeeper) istifadə olunub. Marafonçuların nişan nömrələrinə yerləşdirilmiş bu xüsusi mikroçiplər nəticələrin maksimal dəqiqliyini təmin edərək onların dərhal qeydə alınmasını mümkün edib.
Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub. 21 kilometr məsafədə təşkil olunan marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edib.
Qadınların yarışında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar. Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu qalib olub. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.
“Azercell Telekom” qalibləri xüsusi hədiyyələrlə mükafatlandırıb. Mobil operator ənənəyə sadiq qalaraq tədbirin tələbə iştirakçılarını da diqqət mərkəzində saxlayıb.
Paylaş
Bənzər xəbərlər
Digər
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
Azərbaycanın lider telekommunikasiya şirkəti Azercell 2023-cü il üzrə ESG (ekologiya, sosial və idarəetmə) hesabatını təqdim edir
Digər
Azercell Premium Tarifi və Premium+ Loyallıq Proqramını istifadəyə verdi
Mobil operator abunəçilərinə xüsusi tarif paketləri və özəl imkanlar təklif edir
Digər
“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” konfransına qeydiyyat davam edir
Digər
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında
Azercell-in həssas qadın qrupları üçün təşkil etdiyi təlimlər davam edir
Digər
Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər
Azercell-in dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər daha 10 medal qazanıblar
Ən çox oxunanlar