main-post-cover

    Azercell-in Instagram izləyicilərinin sayı 200 000 oldu!

    Digər
    03.04.2024
    Emil Nəcəfov
         Azercell-in Instagram səhifəsində izləyici sayı 200 000-i ötdü. Şirkət 2012-ci ildən etibarən aktiv şəkildə idarə etdiyi səhifənin izləyici auditoriyasını informativ, maraqlı və faydalı məzmunlu paylaşımlar vasitəsilə genişləndirməyə müvəffəq olub. 
       Ümumilikdə Azercell-in Facebook, X, Instagram, LinkedIn  və YouTube platformalarında istifadəçi sayı 1 milyonu ötür.  Bu kanallarda lider mobil operator keçirdiyi layihələr, xüsusi təkliflər və kampaniyalar haqqında məlumat paylaşır, eləcə də müştəriləri ilə real vaxt rejimində birbaşa ünsiyyət qurur. Ölkədə sosial media üzərindən müştəri xidmətlərini təqdim edən  ilk mobil operator olaraq Azercell bu istiqamətdə öz fəaliyyətini uğurla davam etdirir, abunəçiləri tərəfindən ünvanlandırılan  sualları operativ şəkildə cavablandırır.
         Həmçinin şirkət rəsmi sosial media hesablarında təşkil etdiyi tədbirlərdən canlı yayımlar açır, eyni zamanda müsabiqələr keçirərək izləyicilərinə dəyərli hədiyyələr qazanmaq imkanı verir. Qeyd edək ki, aprel ayının 2-dən etibarən Azercell Instagram platformasında növbəti müsabiqəyə start verib. Müvafiq paylaşımın şərh bölməsində öz Instagram səhifəsinin izləyici sayını yazan hər kəs müsabiqədə iştirak edə bilər. Müsabiqə 8 aprel 14:00-dək davam edəcək. 
    Azercell-i sosial mediada izləyin və ən son yeniliklərdən xəbərdar olun!
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır
    olkenin-lider-mobil-operatoru-hedeflerine-dogru-ezmle-addimlayir
    Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
    azercell-genclerin-informasiya-texnologiyalari-sahesinde-inkisafini-desteklemeye-davam-edir
    Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu
    genceden-mektebli-qiz-informatika-sahesi-uzre-dunyanin-en-nufuzlu-universitetine-qebul-oldu
    Azercell “Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verdi
    azercell-geleceyi-oz-ellerinle-yarat-layihesine-start-verdi
    Azercell Xankəndidə!
    azercell-xankendide