main-post-cover

    Azercell-in jurnalistlər üçün təşkil etdiyi növbəti ingilis dili kursları sona çatdı

    Digər
    Reklam və Marketinq
    14.11.2023
    Emil Nəcəfov
         Azercell-in jurnalistlər üçün nəzərdə tutulmuş ingilis dilli kurslarının 2023-cü il buraxılışını çap, onlayn və elektron mediada fəaliyyət göstərən 11 nəfər media nümayəndəsi uğurla başa vurdu. Ümumilikdə bu tədris ili üçün Azercell-in ödənişsiz ingilis dili kurslarına 22 jurnalist qatılmışdı ki, onlardan 11 nəfər kursları bitirməyə müvəffəq oldu. İştirakçıların ingilis dili bilikləri əsasında qurulmuş qruplarda dərslər ixtisaslaşmış müəllimlər tərəfindən həftədə 2 dəfə onlayn formatda keçirilib. 6 ay davam etmiş ingilis dili dərslərində media nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə dərslər keçirilib.
         Kursların bitməsi Azercel-in Baş Ofisində təntənəli surətdə qeyd edildi. İngilis dili kurslarında iştirak etmiş media nümayəndələri sertifikatla təltif olundular. İmtahanlarda ən yüksək nəticə göstərmiş 4 jurnalist isə Azercell-dən xüsusi hədiyyə əldə etdi. 
         Qeyd edək ki, jurnalistlərin peşəkar inkişafına yardım edən layihələr reallaşdıran Azercell 15 ilə yaxındır ki, jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Zəfər Günümüz mübarək, ey Vətən!
    zefer-gunumuz-mubarek-ey-veten
    “Azercell” kiber- təhlükəsizlikdə ölkədə top üçlükdədir
    azercell-kiber-tehlukesizlikde-olkede-top-uclukdedir
    Azercell Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Söz verirəm” sosial kampaniyasını elan edir
    azercell-azerbaycan-cudo-federasiyasi-ile-emekdasliqda-soz-verirem-sosial-kampaniyasini-elan-edir
    “e&International” (Etisalat) Azərbaycanda strateji tərəfdaşlıq qurur
    einternational-etisalat-azerbaycanda-strateji-terefdasliq-qurur
    “Azercell” “Cloudera” Məlumat Platforması ilə biznes proseslərini - 5 DƏFƏ SÜRƏTLƏNDİRİB
    azercell-cloudera-melumat-platformasi-ile-biznes-proseslerini-5-defe-suretlendirib