Azercell Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Söz verirəm” sosial kampaniyasını elan edir
Reklam və Marketinq
02.11.2023
Emil Nəcəfov
Azərbaycan gənclərinin məğrur tərəfdaşı “Azercell Telekom” MMC və Azərbaycan Cüdo Federasiyası (ACF) həyata keçirdiyi silsilə tədbir və təşəbbüslərdən ibarət sosial layihənin növbəti mərhələsinə start verir. UNESCO-ya üzv dövlətlər noyabr ayının ilk cümə axşamını Məktəblərdə Zorakılıq və Zorbalığa, o cümlədən kiber zorakılığa qarşı Beynəlxalq Mübarizə Günü elan ediblər. “Söz verirəm” sosial kampaniyasının başlanğıcı da məhz bu günə təsadüf edir. Layihə ölkəmizdə idmana olan marağı daha da artırmaq, sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunur.
Yeniyetmələrin incidilməsinə səbəb olan ixtiyari və təkrar şəkildə törədilmiş aqressiv davranışlar onların həm təhsilinə, həm də həyatına mənfi təsir göstərir. “Söz verirəm” sosial kampaniyası bullinqin zərərli davranış olduğunu, istər şəxsi ünsiyyətdə, istərsə də rəqəmsal platformalarda qısnamanın qarşısının alınmasını uşaqlara və böyüklərə aşılayır.
Azercell və ACF bütün cəmiyyəti qısnamadan yayınmağa, dostluq, nəzakət, cəsarət kimi dəyərlərə hörmət etməyə çağırır. Bu çağırışa tanınmış cüdoçular, idmançılar, həmçinin ictimai fəal şəxslər də qoşulub.
Kampaniya çərçivəsində cüdo təlim-məşq mərkəzlərində və məktəblilər arasında maarifləndirmə işləri aparılacaq. Uşaqlara bullinqə qarşı könüllü hərəkat ətrafında birləşmək üçün müvafiq sertifikat və qolbaqlar təqdim olunacaq.
Söz veririk, həmişə, hər yerdə insanlara hörmətlə yanaşmağa davam edəcəyik
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“e&International” (Etisalat) Azərbaycanda strateji tərəfdaşlıq qurur
“e&International” (Etisalat) Azərbaycanda strateji tərəfdaşlıq qurur
Telekommunikasiya nəhəngi “e&International” (keçmiş adı “Etisalat Group”) Azercell ilə tərəfdaşlıq müqaviləsi imzaladığını elan edib.
“Azercell” “Cloudera” Məlumat Platforması ilə biznes proseslərini - 5 DƏFƏ SÜRƏTLƏNDİRİB
“Azercell” “Cloudera” Məlumat Platforması ilə biznes proseslərini - 5 DƏFƏ SÜRƏTLƏNDİRİB
Lider mobil operator yüksək hədəflərə çatmaq üçün məlumat arxitekturasını yeniləyib
Azercell TEDx Bakı konfransına dəstək oldu
Azercell TEDx Bakı konfransına dəstək oldu
Budəfəki spikerlər “Qırılma” (Disruption) mövzusu ətrafında birləşərək cəmiyyət və fərdləri dəyişməyə sövq edən təsirlər haqqında fikirlərini bölüşdülər.
“Autizm portalı”ı yenilənmiş formatda təqdim edildi
“Autizm portalı”ı yenilənmiş formatda təqdim edildi
“Azercell Telekom”un dəstəyi ilə portalın texniki və funksional imkanları genişləndirilib
Azercell “Rebuild Karabakh”a dəstəkdir
Azercell “Rebuild Karabakh”a dəstəkdir
Lider mobil operatorun Baş sponsorluğu ilə keçirilən “Rebuild Karabakh” sərgisinin məqsədi işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə diqqət cəlb etməkdir
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib