Azercell-in “Kitab Klubu” Gəncədə!
Digər
05.08.2024
Emil
“Azercell Telekom” MMC “Kitab Klubu” layihəsi çərçivəsində bölgələrdə yerləşən uşaq evlərinin sakinlərini ziyarət edir. Növbəti maarifləndirici tədbir Sosial Xidmətlər Agentliyinin Gəncə şəhərindəki 4 saylı uşaq evi sosial xidmət müəssisəsində tərbiyə alan uşaqlar üçün keçirilib. Görüş çərçivəsində balacalarda mütaliə mədəniyyətinin formalaşdırılması, nitq qabiliyyətinin inkişafı, ümumilikdə təhsilə həvəsin artırılmasına töhfə verən xüsusi proqram təşkil olunub.
Mütaliə saatında azyaşlılar Azərbaycan uşaq ədəbiyyatının parlaq nümunələri ilə tanış olub, maraqlı müzakirələrdə iştirak ediblər. Sonda Azercell tərəfindən uşaq evinin kiçik sakinlərinə hədiyyələr paylanılıb.
Lider mobil operator “Kitab Klubu” layihəsi əsnasında həm böyüklər, həm də balacalar üçün silsilə tədbirlərin keçirilməsini planlaşdırır. Xatırladaq ki, layihəyə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 3 saylı uşaq evi sosial xidmət müəssisəsinin uşaqları üçün həyata keçirilən tədbirdə start verilib.
Mədəni irsin qorunub saxlanmasına dəstək olan təşəbbüs və layihələrə xüsusi önəm verən Azercell bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Paylaş
Bənzər xəbərlər
Digər
Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar
Olimpiadaya Azercell-in dəstəyi ilə hazırlaşan məktəbli qızlar 2 bürünc medal və 1 həvəsləndirici mükafatla təltif ediliblər
Digər
Azercell “Nömrə sifarişi” xidmətini təqdim edir
Artıq müştərilər almaq istədikləri nömrənin satışa çıxarılmasını gözləmədən onu sifariş edə biləcəklər
Digər
Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir
Yeni xidmət şirkətlərə korporativ cihazları vahid həll vasitəsilə effektiv şəkildə idarə etmək imkanı verir
Digər
“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmət 2024-cü il üzrə yarım illik hesabatını açıqlayır
Digər
“Qadın Dəstək Xətti”nə ilk yarım ildə 412 müraciət daxil olub
Azercell-in təşəbbüsü ilə yaradılan xidmət böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, fiziki və ya psixi zorakılıqla üzləşən qadınlara yardım edir
Ən çox oxunanlar