Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir
Digər
04.04.2024
Sabina Rustamli
Texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə mobil operator 2023-cü ilidə də abunəçilərə daha çevik müştəri təcrübəsi imkanları yaratmaq məqsədilə bır sıra yeni məhsul və həllər təqdim edib. Vətəndaşlar, sahibkarlar və dövlət qurumlarının əməkdaşları üçün fiziki SIM kart tələb etməyən eSIM “Asan İmza” xidməti istifadəyə verilib. Azərbaycan telekommunikasiyasında ilk dəfə tətbiq olunan eSIM “Asan İmza” yeni nəsil SIM texnologiyasını və əl imzasına bərabər tutulan “Asan İmza” mobil elektron imzanı özündə birləşdirir.
Süni zəkaya inteqrasiya edən dövrdə mobil operator ölkədə ilk dəfə Azərbaycan dilində bot tərtib edərək təkmilləşdirilmiş Virtual Assistent xidmətini müştərilərin istifadəsinə verib.
Azercell nömrəsi əldə etmək istəyən müştərilərə faizsiz hissə-hissə ödəmə imkanı yaradan Taksit layihəsi təqdim olunub.
Lider mobil operatorun abunəçiləri artıq 160 ölkədə 390-dən çox şəbəkəni əhatə etməklə yenilənmiş rouminq xidmətindən yaralana bilirlər. 2023-cü ildə əcnəbi vətəndaşlar və ölkəmizin qonaqları üçün xüsusi “Turist” tarifləri də təklif olunub.
Müştərilərinə operativ və keyfiyyətli şəkildə xidmət göstərməyi hədəfləyən Azercell-in Əlaqə Mərkəzi 2023-cü il ərzində ümumilikdə 3 milyona yaxın zəng qəbul edib. Ötən il ərzində şirkətə onlayn kanallar üzərindən 1,5 milyona yaxın müraciət daxil olub ki, onlardan təxminən 440 mini sosial şəbəkələrdən ünvanlandırılıb. Sadalanan tədbirlərin nəticəsi olaraq 2023-cü il ərzində Azercell-in Əlaqə Mərkəzinin Müştəri Məmnuniyyəti indeksi 94,9%-ə çatıb.
Hesabat ilində şirkətin Bakı və Bölgə müştəri xidmətləri ofislərində, həmçinin Mobil Müştəri Xidmətləri (MMX) tərəfindən ümumilikdə 850 mindən çox abunəçiyə xidmət göstərilib.
Ölkədə biznes ekosisteminin inkişafına dəstək verən mobil operator 2023-cü ildə 40 mindən artıq hüquqi şəxsə xidmət göstərib. Azercell Biznes-in korporativ abunəçiləri üçün təqdim etdiyi eksklüziv xidmətlər nəticəsində internet istifadəçilərinin sayında 26%-dən çox artım əldə olunub, aktiv istifadəçi sayı isə 600 mini ötüb.
Müasir texnologiyaların tətbiqi ilə ölkədə kənd təsərrüfatının inkişafına töhfə verən Azercell Biznes 2023-cü ildə Əşyaların İnterneti (IoT) tipli “Suvarmaya nəzarət sistemi” həllini təqdim edib. İnnovativ həll avtomatlaşdırılmış idarəetmə proseslərindən faydalanaraq daha çox məhsulun hasilatına və ən əsası, su resurslarından səmərəli istifadə istiqamətində effektiv nəzarətə şərait yaradacaq.
Lider mobil operator biznes tərəfdaşlarının işgüzar fəaliyyətini daha səmərəli şəkildə təşkil etməyə dəstək məqsədilə innovativ “Azercell Biznes” tətbiqi və veb platformasını istifadəyə verib.
Azercell xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) müsabiqəsində vitse-çempion olaraq ölkədə kibertəhlükəsizlik sahəsində üçlüyə daxil olub.
2023-cü ildə Azercell-in ölkənin lider mobil operatoru kimi mövqeyini daha da gücləndirəcək, abunəçilərə yeni xidmətlər və daha geniş bağlantı imkanları üçün zəmin yaradacaq telekommunikasiya nəhəngi “e&International”-la strateji tərəfdaşlıq qurulub.
“Azercell Telekom” Azərbaycanda ilk dəfə olaraq dünyanın aparıcı Big Data həlli təminatçısı “Cloudera” şirkəti ilə əməkdaşlığa başlayıb. Lider mobil operator yüksək hədəflərə çatmaq üçün məlumat arxitekturasını yeniləyərək “Cloudera” Məlumat Platforması ilə biznes proseslərini 5 dəfə sürətləndirib.
2023-cü ildə ölkənin aparıcı mobil operatorunun Müştəri Məmnuniyyəti Sistemi üzrə beynəlxalq ISO 10002:2018 sertifikatına uyğunluğu növbəti dəfə təsdiq edilib. Həmçinin, “Azercell Telekom” MMC ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikatını uğurla yeniləyib. Müştəri Xidmətləri sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərən Azercell ötən il ISO 18295-1:2017 : Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq” sertifikatına da layiq görülüb.
2023-cü ildə Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülərək “STEVIE” beynəlxalq biznes mükafatları tərəfindən “İlin ən innovativ texnoloji şirkəti” seçilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell-in Instagram izləyicilərinin sayı 200 000 oldu!
Azercell-in Instagram izləyicilərinin sayı 200 000 oldu!
Lider mobil operatordan dəyərli hədiyyələr qazanmaq imkanı!
Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır
Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır
Azercell 2023-cü il üzrə hesabatı çərçivəsində şəbəkə təkmilləşməsinə dair məlumatları açıqlayır
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin "Novruz kamp"-ı təşkil olunub
Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu
Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu
“Azercell Telekom” və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı sayəsində ölkənin İT olimpiadası üzrə milli komandası yüksək nəticələr nümayiş etdirir
Azercell “Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verdi
Azercell “Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verdi
Layihə çərçivəsində ilk təlim qadın cəzaçəkmə müəssisəsində baş tutdu
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!